main-post-cover

    Windows 10 üçün bir yenilənmə daha: Dark Mode (Qaranlıq Modu)

    Elm & Texnologiya
    14.05.2018
    Nijat Hamid
    Microsoft Windows 10 üçün yeniliklər təqdim etməyə davam edir. Bu səfər 1803 kodlu yenilənməni yayımladıqdan sonra Dark Mode adı verilən funksiyanı yenilənmə ilə yayımlayacaq. Qeyd edək ki, hal-hazırda Dark Mode funksiyası bir çox brauzer, proqramlar və telefonlarda istifadəçilərə təqdim edilib. Dark Mode funksiyasını belə izah edə bilərik ki, Windows sisteminin işıqlı interfeysını tamamilə qara rəngə bürüyür.
    Windows Insider istifadəçiləri üçün yayımlanan yenilik hal-hazırda test edilir. 2018-in sonlarına doğru böyük bir yenilənmə paketi və əlavə funksiyalar ilə hərkəs üçün yayımlanacaq.    
    Son illərdə qara temaların yayılması və məhşurlaşması Microsoft üçün bir fikir mənbəyi oldu. Əsasən gecələr kompüter ilə çox işləyən insanlar üçün əla bir yenilik olduğunu qeyd etməliyik. Ayrıca yeni paket ilə birliktlə Bulud(Cloud) sistemi də Windows 10-a inteqrasiya ediləcək. Bunun hesabına cihazlar və sistemlər arası məlumat paylaşmaq (macOSWindows arası məsələn) daha asand olacaq. Yenilənmə paketi ilə birliktə Windows 10-un standart interfeysinə də dəyişikliklər gələcək.
    Linki kopyala