main-post-cover

    Windows 10-u pulsuz və original şəkildə necə yükləmək olar ?

    Elm & Texnologiya
    06.04.2018
    Nijat Hamid
    Bildiyimiz kimi əməliyyat sistemlərini online olaraq alıb istifadə etmək olur. Yəni original disk almaq mütləq şərt deyil. Əvvəllər əməliyyat sistemini almaq üçün müəyyən bir məbləğ pul verməli idiniz. Sonra isə sizə aktivləşdirmə kodu və əməliyyat sistemini yükləmək üçün Microsoft saytına keçid verilirdi. Bu proses artıq Windows 10 ilə birliktə dəyişdi. Artıq Windows 10 əməliyyat sisteminin hər versiyasını, hər dildə və hər arxitektura da pulsuz şəkildə rəsmi olaraq yükləyə bilərsiniz. Lakin aktivləşdirmə kodu üçün yenə ödəməli olacaqsınız, əks halda yalnızca 3 ay pulsuz istifadə edə biləcəksiniz. Windows 10-u yükləmək üçün Microsoft-un rəsmi proqramı Media Creation Tool-dan istifadə edəcik.
    1. Media Creation Tool proqramını bu linkdən yükləməlisiniz.    
    Media Creation Tool proqramı Microsoft tərəfindən hazırlanan və Windows 10-u rahatlıqla yükləyə bilməyiniz üçün ən ideal vasitədir. Yuxarıda verdiyimiz linkə daxil olaraq, saytdakı Download Now sözünə klik etməniz kifayətdir.
    2.  Proqrama daxil olursunuz və açılan pəncərədə qaydaları qəbul etmək üçün "Accept" sözünə klik edirsiniz.    
    3. Sonrakı mərhələdə sizi 2 seçim qarşılayır    
    1-ci seçim Upgrade etmək. Yəni hal-hazırkı əməliyyat sisteminizi Windows 10-a format etmədən yüksəldir. Bu halda problemlər ola bilir. Ona görə 2-ci seçimi seçirik və format edərək quracağımız bir şəkildə Windows 10-u yükləyirik.
    4. Bu mərhələdə əməliyyat sisteminin hansı dildə olacağını və hansı arxitektura dəstəkli olacağını seçirik.    
    Əməliyyat sistemini hansı dildə istəyiriksə, o dili tapıb seçirik. Editions(versiyalar) hissəsində isə sadəcə Windows 10 seçirik. Arxitektura seçimində isə əgər 4 gb ramdaha çox rama malik olan kompüteriniz varsa x64 seçirik, yox 3 gbdaha az ram varsa x86 seçirik. Əgər Both seçimini etsək həm x64, həm də x86 arxitekturası dəstəklənəcək və format zamanı ramın miqdarına əsasən 2-sindən 1-ini seçməyimiz lazım olacaq.
    5. Bu mərhələdə isə əməliyyat sistemini ya birbaşa flaşkarda, ya da diskə yazmaq üçün .iso faylı şəklində kompa yükləyə bilərik. Bu proqramın ən üstün cəhətidir.    
    6. Seçimi etdikdən sonra isə "Next" sözünə klik edirik və Windows 10 əməliyyat sistemi endirilir. Geriyə qalan və etməli olduğumuz son etap kompüteri Format etməkdir.    

    Linki kopyala