main-post-cover

    Windows 10 Spring Creators yenilənməsi gəlir

    11.03.2018
    Nijat Hamid
    Hal-hazırda "Microsoft" şirkətinin ən yeni əməliyyat sistemi olan Windows 10 üçün yeniliklər gəlməyə davam edir.
        Bildiyimiz kimi , "Microsoft" şirkəti Windows 10 üçün yayınladığı Creators, Fall CreatorsRedstone yenilənmələri ilə bir sıra yeniliklər gətirmiş və əməliyyat sistemini daha stabil etmişdi. Sızan bir sıra məlumatlara əsasən, Microsoft bir yenilənmə daha çıxarmağı planlayır.

    Windows 10 Spring Creators adlı yenilənmə gələn ay (Aprel) yayımlanacaq.    
        Gələn ay istifadəçilərlə paylaşılması düşünülən yenilənmə rəsmi olaraq təsdiqlənməyib. Amma sızan məlumatlara görə, Microsoft bu yenilənmə ilə birliktə "Creators" adını davam etdirməyi düşünür. Qeyd etməliyik ki, bu ilin sonlarında yayımlanacaq "Redstone 5" yenilənməsi ilə Windows 10 köklü dəyişikliyə məruz qalacaq. 
        Yeni "Spring Creators" yenilənməsi ilə Windows 10-da istifadə edilən və Fluent Design adı verilən interfeysə yeniliklər gətirəcək. Ayrıca HDR dəstəyi və TimeLine funksiyası gələcək.
    Bəs siz bu yenilənmələri yükləyərək öz Windows 10-uzu stabil vəziyyətdə işlədə bilirsizmi?
    Linki kopyala