main-post-cover

    Windows 10 ilə artıq telefonu idarə etmək olacaq: Mesajlar, bildirimlər, zənglərə komputerdən baxmaq olacaq

    Elm & Texnologiya
    08.05.2018
    Nijat Hamid
    Microsoft Windows 10 üçün yeniliklər gətirməyə tam sürətlə davam edir. Bu səfər isə sözü gedən yenilik AndroidiOS telefonlar ilə bağlıdı. Belə ki, Microsoft şirkəti komputer başında saatlarını keçirən və telefona baxmağa vaxtı olmayan istifadəçiləri düşünərək belə bir funksiya üzərində işləməyə başladılar.
    Microsoft konfransında açıqlanan məlumatlara görə, Windows 10-a gələcək "Your Phone" funksiyası ilə istifadəçilər telefonlarına gələn mesajlara, bildirimlərə, göndərilən şəkillərə və s. komputer vasitəsilə birbaşa baxa biləcəklər.    
    Konfrans zamanı Microsoft rəsmiləri bildirir ki, bu funksiya hesabına Windows 10 ilə telefonunuzla əlaqə yaradacaqsınız və bu əlaqə hesabına telefonu əlinizə almadan bir çox şeyə komputer vasitəsilə baxa biləcəksiniz. Rəsmilər bildirir ki, Androidin açıq sistem olması səbəbi ilə bu telefonlarda daha çox məlumata baxa bildiyimiz halda, iOS sistemlərdə çox da geniş olmayacaq. Hələki proqramı test etdiklərini deyən rəsmilər, nəticələrə əsasən Windows Update ilə istifadəçilərə bu yenilənməni göndərəcəklər.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər