main-post-cover

    Windows 10-da dəyişiklik başladı: Control Panel ləğv ediləcək

    Elm & Texnologiya
    01.04.2020
    Nijat Hamid
            Microsoft, Windows 10-u təqdim etdiyi zaman ən bəyənilməyən tərəfi ayarların iki fərqli hissəyə bölünməsi idi. Yəni bəzi ayarlar Settings-də, bəziləri isə Control Panel-də idi. Control Panel, Windows 7 ilə həyatımıza girmişdi və çox sadə interfeysi olduğu üçün bəyənilmişdi. Ona görə də Microsoft, yavaş-yavaş Contron Panel-dəki ayar və tənzimləmələri Settings-ə inteqrasiya etməyə başladı. 

    İnsider versiya olan yeni Windows 10 20H1 ( və ya 2004 ) -də artıq Control Panel-a daxil olmaq mümkün olmur.

            İnsider versiya olan son Windows 10 2004 əməliyyat sistemində artıq Control Panel olsa da istifadə etmək mümkün olmur. Uzun zamandır bilinən bir şey idi ki, Microsoft artıq 2 ayrı ayar panelinə ləğv etmək istəyir. Beləliklə, stabil Windows 10 20H1 yenilənməsində artıq Control Panel olmaya bilər. Hal-hazırda Microsoft tərəfindən rəsmi olaraq təsdiqlənməsə də gedişat elə görünür.
            Qeyd edək ki, Microsoft Windows 10-un 2004 versiyasında sistem daxili yaddaş disklərinin ( Hard Disk və ya SSD ) idarə olunması üçün istifadə edilən Disk Management panelini də yeni interfeys ilə yeniləcək. Görünən odur ki, yeni Windows 10 əvvəlkilərə nəzərən daha fərqli gələcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər