main-post-cover

    Windows 10 Android cihazlar arasında sürətli fayl mübadiləsi funksiyasını əldə edəcək

    Elm & Texnologiya
    20.01.2020
    Emil Nəcəfov
        Microsoft şirkəti özünün mobil əməliyyat sistemini hazırlamaqdan imtina etsə də o, Windows 10-un funksionallığını genişləndirir ki, mobil istifadəçilər bu əməliyyat sistemindən komfortlu şəkildə istifadə edə bilsinlər. İnsayderlərin verdikləri məlumata əsasən Windows 10-un sahib olduğu Your Phone tətbiqi yaxın zamanda Windows, iOS Android əməliyyat sistemli cihazlar ilə birgə çalışmaq üçün yeni funksiyalar əldə edəcək.
        Bu barədə Slashgear saytı xəbər verib. Şirkətin saytında tərtibatçılar bir sıra parametrlər aşkar ediblər. Həmin parametrlər smartfondan Your Phone tətbiqnə birbaşa faylların göndərilməsindən əlavə olaraq ümumi mübadilə buferindən istifadəyə də imkan verəcəklər. Kontekst menyu və ya Ctrl-C vasitəsilə kopyalanmış faylı və ya mətn fraqmentini istifadəçinin Microsoft hesabına qoşulmuş smartfon tətbiqinə köçürtmək olacaq.
        İlkin olaraq Your Phone tətbiqi kompüter və ya noutbuk ekranında smartfondakı bildirişlərə baxmaq ilə yanaşı həmçinin kompüter vasitəsilə zənglərin reallaşdırılması imkanını da verirdi. İndi isə Microsoft bu tətbiqin funksionallığını genişləndirməyə diqqətini ayırıb. Yenilənmiş Your Phone platformasının nə zaman işıq üzü görəcəyi barəsində bir məlumat yoxdur.
    Linki kopyala