main-post-cover

    Windows 10 19H2 çıxdı: Nə kimi yeniliklər var ?

    Elm & Texnologiya
    19.11.2019
    Nijat Hamid
            Microsoft şirkəti son illərdə artıq hər 6 aydan bir Windows 10 ƏS'i üçün irihəcmli yenilənmələr çıxarır. Bu ilin sonuncu yenilənməsi 19H2 Noyabr ayının 12-sində istifadəyə verildi. Microsoft iddia edir ki, ən performanslı və stabil işləyən Windows versiyası budur. Windows 10 sistemi son yenilənmələrdən sonra əvvəlki kimi stabil işləmirdi. Çoxsaylı şikayətlər səbəbi ilə bir sonrakı 19H2 yenilənməsinin əsasən performans və stabilliyə fokuslanması nəzərdə tutuldu. Nəhayət yenilənmə çıxdıqdan sonra istifadəçilərdən çox müsbət geri dönüşlər gəldi. 19H2 versiyasının ən böyük fərqi isə İntel prosessorlar üçün nüvələrin idarə edilməsi 15% daha yaxşılaşdırılmasıdır. Artıq çox nüvəli i5 i7 prosessorlar bütün nüvələrdən yüksək potensialda istifadə edə biləcəyi üçün köhnə cihazlarda belə sürət,optimizasiya və stabillik artacaqdır. 
    19H2 yenilənməsi ilə birliktə Windows 10 1909 versiyasına yüksəlir. Dəyişikliklərin tam siyahısı aşağıdadır:     
    •  İntel prosessorlar üçün 15%-lik performans artışı.
    •  Çox nüvəli prosessorlarda tək nüvələrin işləməsi üçün bəzi optimizasiyalar.
    •  19H2 ilə birliktə artıq proqramlar və saytlardan gələn bildirişləri bir başa idarə etmək mümkündür.
    •  Start menyusu artıq daha sürətli açılacaq və 2 menyu əlavə edildi.
    •  Windows'da axtarış zamanı axtarışlar artıq Onedrive ilə sinxron işləyəcək. Yəni axtarış online aparılacaq.
    •  Notbuklarda daha yaxşı batareya ömrü üçün xususi optimizasiyalar edildi.
    •  3-cü tərəf Səsli asistentlər üçün səs dəstəyi əlavə edildi.  
    •  Linux sistemlərdə işlədilən virtuallaşdırma texnologiyaları daha da optimizasiya edildi. 
    •  Əvvəlki 1903 yenilənməsində olan bütün xətalar və problemlər həll edildi. Artıq tam stabil bir Windows bizi gözləyir.
    19H2 yenilənməsini necə yükləmək olar ?
    1.  19H2 (1909) yenilənməsini yükləmək üçün əvvəlcə ən sonuncu 1903 versiyasında olmalısınız. Əgər bu versiyanı işlədirsinizsə, 1909 yenilənməsi üçün Control Panel > Windows Update> Check daxil olmaq yetərlidir. Sistem özü avtomatik yükləyib yenilənməni quracaq. 
    2. Əgər format ataraq 0-dan qurmaq istəyirsinizsə Windows 10 Media Creation linkini daxil olursunuz. Download Tool Now yazısına klik edərək proqramı yükləyirsiniz. Bu proqram rəsmi olaraq Microsoft tərəfindən hazırlanıb və ən yeni Windows 10 versiyasını free(pulsuz) şəkildə yükləyir. Proqrama daxil olan kimi sizə lazım olan arxitekturanı,dili və windows 10 versiyasını seçib yükləyirsiniz. 
     
    Linki kopyala