Wi-Fi texnologiyası üçün yeni bir təhlükəsizlik və şifrələmə standartı gəlir: WPA 3
Elm & Texnologiya
27.06.2018
Nijat Hamid
Wi-Fi texnologiyası kənar müdaxilədən və kiber hücumlardan qorunmaq üçün bir sıra təhlükəsizlik və şifrələmə protokolları istifadə edir. Ən təhlükəsizi olaraq bilinən WPA 2 artıq köhnəldiyi üçün yeni bir standart hazırlandı. Bir müddət sonra Wpa 3 protokolları Wi-Fi Allience sertifikatlı cihazlar üçün məcburi olacaq.
Bu standartın WPA 2-dən ən böyük fərqi 192 bit şifrələmənin artıq məcbur hala gətirilməsidir. WPA 2 protokollarında əlavə xüsusiyyətlər və Enterprise ayarlarından istifadə etməsəniz 128 bit şifrələmə ilə qorunma təmin edilirdi. Hal-hazırda bir çox şirkətin əsas məqsədi WPA 3 standartını dəstəkləyə biləcək cihazlar üçün yenilənmələr hazırlamaqdır. Artıq dumper, linux sistemlər və digər toollar ilə edilən kiber hücumlar tamamilə faydasız olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)