main-post-cover

    Wi-Fi 6E standartı üçün 6 Ghz tezlik zolağı istifadə verildi

    Elm & Texnologiya
    24.04.2020
    Nijat Hamid
            Wi-Fi standartları dəyişməyə davam edir. Qısa zaman əvvəl təqdim olunan Wi-Fi 6 standartının yeni versiyası olan Wi-Fi 6E təkmilləşdirilib təqdim olunmuşdu. Bu gün isə Federal Kommunakasiya Qurumu (FCC) Wi-Fi 6E üçün 6 Ghz tezlik zolağını istifadəyə açdı. Bu səbəbdən Wi-Fi cihazları daha yaxşı sürət ötürə biləcək.

    Wi-Fi 6E standartında olan cihazlar normal cihazlara görə 2.5 dəfə daha sürətli olacaqlar.

            Əslində 6 Ghz tezlik zolağı ilk dəfə istifadə edilmir. İctimai xidmətlər üçün də istifadə edilir. Yeni 6 Ghz zolağı əsasən geyiniləbilən və virtual reallıq cihazları üçün faydalı olacaq. Təxminlərə görə Apple şirkəti də bundan faydalana biləcəyi yeni aksessuarlar hazırlamaq istəyir. Wi-Fi Alliance qurumu da bu haqda bir açıqlama verdi: FCC qurumu 6 Ghz tezlik zolağında 1200 Mhz spektrini lisenziyasın cihazlar üçün istifadəyə açdığı üçün Amerikalı istehlakçıların, servislərin və iqtisadiyyatın Wi-Fi istifadəsinin önünü açdı. Ən önəmlisi isə Wi-Fi istifadəçilərinin dostlarına və ailələrinə, həmçinin sağlıq, iş, təhsil və digər kritik xidmətlərə əlçatan olmasını təmin edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər