main-post-cover

    WhatsApp yeni rekorda imza atdı

    01.02.2018
    Farid Pardashunas
    “Facebook”un CEO-su Mark Zuckerberg bugün bildirdi ki, artıq dünya üzrə 1.5 milyard insan WhatsApp-dan istifadə edir və onlar gündəlik 60 milyard ismarış göndərirlər.
        Yarım il bundan öncə isə messencerin istifadəçi kütləsi aylıq 1.3 milyard və gündəlik 1 milyard insan təşkil edirdi. 2014-cü ildə “Facebook” messenceri 19 milyard dollara aldığı müddətdə onun aylıq istifadəçi kütləsi 450 milyon insan, gündəlik aktiv istifadəçi sayı isə 315 milyon insan təşkil edirdi. Bununla belə Facebook Messenger-in istifadəçi kütləsi 1.3 milyard insandır.
        Zuckerberg həmçinin onu da qeyd edib ki, Instagram WhatsApp Stories paylaşımlarının edilməsi üçün ən məşhur məhsullardır. İndi şirkət WhatsApp-ın gəlir gətirməsi məsələsinə daha ciddi yanaşmağa başlayıb. Belə ki, şirkət WhatsApp Business tətbiqini istifadəyə verib. Beləliklə “Facebook” müxtəlif xidmətlərə görə biznes sahiblərindən müəyyən dərəcədə vəsait tələb edəcək. Bundan əlavə olaraq yaxın zamanda sözügedən messencerdə pul köçürmələri funksiyası da istifadəyə veriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər