main-post-cover

    WhatsApp üçün maraqlı bir yenilik daha gəlir

    09.03.2018
    Nijat Hamid
    Olmazsa olmazımız olan WhatsApp tətbiqi demək olar ki, artıq ayda 1 və ya 2 dəfə yenilənir. Bu yeniliklər səbəbi ilə tətbiq daha funksional və istifadəçilər üçün daha maraqlı olmağa başladı. Amma bu dəfəki yenilik WhatsApp-ın öz istəyi ilə yox, "Google" şirkətinin istəyi ilə gətirilir. 
    Artıq hər telefon markasına görə WhatsApp fərqli loqolarda olacaq.    
    Bildiyimiz kimi telefon şirkətləri rəqiblərindən fərqlənmək üçün öz telefonlarında Tema və İkon dəyişmək kimi bir sıra estetik xarakterli funksiyalar nümayiş etdirirlər. Lakin hər dizaynerin yaxşı olmadığını nəzərə alsaq, bəzən tətbiqlərin ikonları pis və tanınmaz halda görünür. Bundan narahat olan Google "Çoxsaylı İkon Sistemi" kimi adlandırılan bir funksiyanı tətbiqlər tərəfindən işlədilməsini məsləhət bildi. WhatsApp-ın 2.18.74 Beta versiyasında istifadəyə buraxılan funksiya hələlik yalnızca 6 cür fərqli ikon dəyişməyə imkan verir. Gələcək aylarda Stable olaraq istifadə ediləcək funksiyada artıq istədiyimiz cür ikonu WhatsApp tətbiqinə qoya biləcik. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər