Western Digital yeni SSD texnologiyası təqdim etdi : 50% daha sürətli SSD-lər gəlir

Western Digital yeni SSD texnologiyası təqdim etdi : 50% daha sürətli SSD-lər gəlir

Texnologiya
04.02.2020 PAYLAŞIM

        SSD-lər kompüterlərdə istifadə olunan ən sürətli yaddaş cihazlarıdır. Əvvəllər Hard Disklər (HDD) istifadə edilsə də, artıq texnologiyanın ucuzlaması səbəbilə SSD daha populyarlaştı. Həm SSD, həm HDD istehsalçısı olan Western Digital isə SSD-lər üçün öz yeni texnologiyasını təqdim etdi. SSD yaddaş qurğularında istifadə edilən NAND adı verilən çiplərin 112 laydan ibarət BiCS5 3D NAND adlı yeni versiyası təqdim edildi.

BiCS5 3D NAND çipləri 112 laydan ibarətdir və əvvəlki nəsil çiplərə görə SSD-ləri 50% daha sürətli edir.


        Şəkildən də göründüyü kimi WD şirkəti 2017-ci ildə 96 laydan ibarət BiCS4 adı verdiyi NAND çiplərini təqdim etmişdi. Bu gün isə 112 qatlı layı olan BiCS5 NAND çipləri təqdim olundu. Bu çiplər müasir SSD-lərin sürətini təxminən 50% artırır. Qeyd edək ki, şirkət bunu Kioxia Corporation (Köhnə adıyla Toshiba) ilə əməkdaşlıq edərək hazırlayıb. Technote olaraq da artıq SSD-lərə keçməyin vaxtı gəldiyini təsdiq edə bilərik. Həmçinin bu texnologiya artıq o qədər ucuzlaşıb kı, çox rahatlıqla Samsung istehsalı 1 TB SSD-lər almaq mümkündür.



DAHA ÇOX


Samsung Galaxy Tab A9+ planşetinin texniki göstəriciləri ortaya çıxıb

Samsung şirkətinin hələ təqdim edilməmiş Galaxy Tab A9 planşet seriyasına daxil olacaq Galaxy Tab A9..


Apple elektromobili yaxın gələcəkdə işıq üzü görməyə bilər

Hələ bir neçə müddət bundan öncəyə kimi internetdə ara-sıra Apple şirkətinin elektromobil layihəsi b..


ASUS ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib - QİYMƏTİ..

ASUS şirkəti ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib.


Xiaomi Black Shark Lucifer Earphones adlı yeni naqilsiz qulaqlıq təqdim edilib -..

Xiaomi şirkəti qlobal bazarda Black Shark S1 smart saatı ilə yanaşı həmçinin Black Shark Lucifer Ear..


Xiaomi qlobal bazarda Black Shark S1 adlı smart saatı təqdim edib - QİYMƏTİ..

Xiaomi şirkəti heç gözlənilmədən qlobal bazarda özünün Black Shark brendinin bir neçə yeni məhsulunu..


Acer 180 Hz-lik təsvir yenilənməsinə sahib yeni monitorunu təqdim edib - QİYMƏTİ..

Acer şirkəti özünün monitorlar seriyasını yeni model ilə genişləndirib.

×