Watch Series 6 smart saat istehsalının Apple şirkətinə hansı qiymətə başa gəldiyi məlum olub

Watch Series 6 smart saat istehsalının Apple şirkətinə hansı qiymətə başa gəldiyi məlum olub

Texnologiya
07.06.2021 PAYLAŞIM

    Counterpoint Research şirkətinin analitikləri Watch Series 6 smart saatının istehsalının Apple şirkətinə hansı qiymətə başa gəldiyini hesablayıblar. Beləliklə smart saatın ən bahalı detalları Apple S6 prosessoru ilə daxili yaddaşıdır. Belə ki, smart saatın ümumi qiymətinin 24%-i məhz bu detalların payına düşür. Ümumi qiymətin 13%-ni saatın ekranı ilə gövdəsi, 12%-ni isə müxtəlif sensorlar ilə istifadəçi səhhətinin monitorinqi üçün nəzərdə tutulmuş müxtəlif ötürücülər təşkil edir.


    Batareya və naqilsiz şarj texnologiyası ümumi qiymətin 6%-ni təşkil edirlər. Bundan əlavə olaraq saatın ümumi qiymətinə onun yığılması, test olunması və proqram təminatı da daxildir. Lakin proqram təminatı ümumi qiymətin yalnız 1%-ni təşkil edir. Beləliklə analitiklərin məlumatlarına əsasən 1 ədəd Watch Series 6 smart saatı Apple şirkətinə 136$-a başa gəlir. Buna baxmayaraq saatın rəsmi qiyməti 400$-dan başlayır. Qeyd etmək lazımdır ki, saatın yekun qiymətinə şirkətin reklam, marketinq və s. kimi xərcləri daxil edilməyib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi-nin ilk stolüstü kompüterinin real fotoları ortaya çıxıb

Bir neçə gün bundan öncə məlum oldu ki, Xiaomi şirkəti öz ilk stolüstü kompüterini təqdim etməyə haz..


Huawei Watch Buds smart saatının yeni real fotoları ortaya çıxıb

Huawei şirkətinin təqdimata hazırlaşan Watch Buds smart saatının real fotoları ortaya çıxıb...


Son zamanlarda Starlink peyk internetinin sürəti aşağı düşməyə başlayıb..

İnternet sürətinin ölçülməsi üçün nəzərdə tutulmuş məşhur Speedtest servisinin yaradıcısı olan Ookla..


Huawei uşaqlar üçün iki ekranlı yeni smart saatını anons edib

Huawei şirkəti uşaqlar üçün nəzərdə tutulmuş qeyri-adi smart saatı anons edib. Sözügedən smart saatı..


Huawei şirkəti sabahkı təqdimat tədbirini təxirə salıb

Xiaomi-nin ardınca Huawei şirkəti də öz təqdimat tədbirini təxirə salıb. Qeyd etmək lazımdır ki, şir..

×