main-post-cover

    Volvo şirkəti Tesla Semi'nin rəqibi elektrikli VNR Electric yük maşınının konseptini təqdim etdi

    Elm & Texnologiya
    13.12.2018
    Farid Pardashunas
        Çinli investorlara məxsus olan Volvo avtomobil istehsalçısı Şimali Amerikada elektrikli yük maşınları bazarını Tesla şirkətinə vermək niyyətində deyil. Beləliklə şirkət Tesla Semi yük maşınının rəqibi olacaq VNR Electric-i anons edib. Bu barədə Electrec saytı xəbər verib. Şirkətin Volvo Trucks adlı şöbəsi sözügedən yük maşınının konseptini anons edən zaman onun texniki göstəriciləri barəsində heç bir məlumat verməyib. Həmçinin VNR Electric-in hansı həcmdə yük daşıya biləcəyi də məlum deyil. Lakin çox güman ki, o, Tesla Semi-nin daşıya bildiyi yük həcmi qədər yük daşıya biləcək. Qeyd etmək lazımdır ki, Tesla Semi 36.2 ton yük daşıma özəlliyinə sahibdir.

        Onu da qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə Volvo şirkəti 16 ton ağırlığında olan FL Electric yük maşınını təqdim etmişdi. Həmin yük maşını 100-300 kilovatt saat göstəricili batareyalar ilə təchiz oluna bilir. Onların sayəsində FL Electric bir dəfə şarj olunandan sonra 300 km yol qətt edə bilir. Bundan əlavə olaraq şirkət 200 km yol qətt etməyi bacaran elektrikli zibil maşınını da hazırlayıb. Lakin bütün bu modellər Volvo şirkətinin artıq varolan dizel modelləri əsasında hazırlanıb. VNR Electric yük maşını isə şirkətin tamamilə yeni məhsuludur.

        VNR Electric-dən şəhərdaxili və regionlararası yük daşınmalarında istifadə etmək planlaşdırılır. Yeni elektrikli yük maşınının testləri gələn il Kaliforniyada keçiriləcək. 2020-ci ildə isə onun irimiqyaslı istehsalına start veriləcək. Bununla yanaşı Tesla Semi artıq bu ilin yay fəslində ABŞ üzrə 3000 km yol qətt edə bilib. Təcrübələr onu göstərdi ki, Tesla Semi şirkətin hal hazırki şarj stansiyaları şəbəkəsindən rahatlıqla istifadə edə bilər. Tesla Semi-nin irimiqyaslı istehsalına isə gələn il start verilməlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər