main-post-cover

    Volkswagen 25 000 avroya satılacaq elektromobilini təqdim edib

    Elm & Texnologiya
    16.03.2023
    Farid Pardashunas
        Volkswagen şirkəti ID. 2all adlı elektromobil konseptini sərgiləyib. 4 nəfər sərnişin üçün nəzərdə tutulmuş bu elektromobil geniş salona, uzun məsafə qətt etmək imkanına, o cümlədən komfortlu və təhlükəsiz səyahət üçün nəzərdə tutulmuş funksiyalara sahibdir. Bununla belə ID. 2all-ın qiyməti 25 000 avrodan start götürəcək. Məlumdur ki, Volkswagen-in bu yeni elektromobili şirkətin MEB Entry adlı orijinal platforması əsasında hazırlanıb.
        Elektromobil özündə Travel Assist funksiyasının dəstəyini və marşrutun planlaşdırılması üzrə şirkətin patentləşdirilmiş texnologiyasını birləşdirir. Şirkət bildirib ki, elektromobilin bütün dünyada satışlarına 2026-cı ildə start veriləcək. Volkswagen ID. 2all ümumi 226 at gücünə sahib elektrikli mühərriklər ilə təchiz olunub və onun yalnız ön təkərlərini idarə etmək mümkündür. Elektromobil bir dəfə şarj olunandan sonra 450 km yol qətt edə bilir. Bununla belə şirkət bildirib ki, elektromobilin 80% enerji yığması üçün 20 dəqiqə vaxt lazımdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər