main-post-cover

    Vivo şirkəti FlashCharge adlı 120 vatt gücündə sürətli şarj texnologiyasını təqdim edib

    Elm & Texnologiya
    13.07.2020
    Farid Pardashunas
        Vivo şirkəti iQOO brendi altında yeni sürətli şarj texnologiyasını təqdim edib. Yeni texnologiya FlashCharge adını əldə edib və o, 120 vatt gücündədir. Sözügedən yüksək sürətli şarj texnologiyası 4000 mAh enerji tutumlu batareyanı 50% enerji ilə 5 dəqiqəyə, 100% enerji ilə isə 15 dəqiqəyə təmin edir. Şirkətin verdiyi məlumata əsasən bu cür yüksək sürəti xüsusi çip və 6C standartlı batareya ilə əldə etmək mümkün olub.
        Daha doğrusu həmin batareyaların sayı ikidir və onlardan hər biri 2000 mAh-dır. Hər iki batareya 60 vatt gücündə cərəyanla şarj olunur. Cərəyanın şarj enerjisinə çevrilmə əmsalı 97% təşkil edir. Texnologiyanın təhlükəsizliyi və stabil çalışması üçün onun şarj cihazı xüsusi konstruksiyaya sahib olacaq. Bununla yanaşı FlashCharge texnologiyasını əldə edəcək bütün smartfonlar Super VC adlı maye soyutma sistemini əldə edəcəklər. Bu sistem smartfonun daxili temperaturunu normada saxlayacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər