main-post-cover

    Vivo şirkəti 120 vatt gücündə şarj texnologiyasını təqdim edib

    Elm & Texnologiya
    26.06.2019
    Emil Nəcəfov
        Bir neçə gün bundan öncə Vivo şirkəti rekord dərəcədə şarj texnologiyasını anons etmişdi. İndi isə şirkət həmin texnologiyanı təqdim edib. Şirkət tərəfindən təqdim edilmiş rekord dərəcəli şarj texnologiyası Super FlashCharge 120W adlanır. Bu barədə Phoneradar saytına istinadən Gagadget saytı xəbər verib. Yeni texnologiya 120 vatt gücündə rekord şarj gücünü təmin edir. Nəticədə 4000 mAh enerji tutumlu batareya bu texnologiya sayəsində 50% enerjini 5 dəqiqəyə, 100% enerjini isə 13 dəqiqəyə yığır. Təəssüflər olsun ki, şirkət bu texnologiya barəsində digər bir məlumat verməyib. Bu cür gücdə olan şarj texnologiyasının smartfon batareyasının işinə və onun çalışma müddətinə necə təsir edəcəyi bilinmir.
    Linki kopyala