Verizon şirkəti Tumblr servisini WordPress'in sahibinə satdı

TEXNOLOGİYA


13.08.2019 0 PAYLAŞIM 131 OXUNMA


    Verizon mobil operatoru bloqlar servisi olan TumblrAutomattic şirkətinə satdığını elan etdi. Qeyd etmək lazımdır ki, Automattic şirkəti məhz WordPress-in sahibidir. Bu barədə Rusbase saytı xəbər verib. Sözügedən müqavilənin dəyəri və şərtləri barəsində heç bir məlumat verilməyib.

    The Wall Street Journal saytının məlumatarına əsasən Tumblr-da çalışan 200 şəxs Automattic şirkətinə keçid edəcək. Axios saytı xəbər verib ki, Verizon bu servisi 20 milyon dollara digər bir mənbə isə xəbər verib ki, 10 milyon dollara satıb. Buna görə də dəqiq bir qiymət göstəricisi yoxdur.

    Qeyd etmək lazımdır ki, artıq Verizon-a məxsus olan Yahoo Tumblr servisini 2013-cü ildə 1.1 milyard dollara almışdı. Bu ilin may ayında isə bu servisin alınmasında Pornhub-ın maraq göstərdiyi qeyd olunmuşdu. Belə ki, o, Tumblr-a 18+ kontentlərin geri qaytarılmasını istəyirdi. Automattic şirkətinin icraçı direktoru isə bildirib ki, hətta Tumblr-ın alınmasından sonra da onda 18+ kontentlərin yayılmasına qadağa tətbiq olunacaq.