main-post-cover

    Venesuela ilk dövlət kriptovalyutasını buraxdı və külli miqdarda pul qazandı

    Elm & Texnologiya
    21.02.2018
    Emil Nəcəfov
    Dünən Venesuela dünyada ilk dəfə El Petro adlı dövlət kriptovalyutasını çıxartdı.
        Bugün isə ölkə prezidenti Nicolas Maduro bildirdi ki, kriptovalyutanın çıxdığı gün ölkə 735 milyon dollar dəyərində El Petro sata bilib. Bu barədə Reuters saytı xəbər verib. “Sadəcə bir gün ərzində El Petro-nun satışlarından 735 milyon dollar əldə olunub. Bugün Superman ilə rəqabət apara biləcək kriptovalyuta yaranır" – deyə prezident qeyd edib. Qeyd etmək lazımdır ki, El Petro ABŞ sanksiyalarından yan keçmək və dövlət iqtisadiyyatını xilas etmək üçün yaradılıb.

        Digər kriptovalyutalardan fərqli olraq El Petro Venesuela resurslarına bağlıdır və dövlət tərəfindən idarə olunur. Buna görə də dövlət ümumilikdə 100 milyon token satmağı planlaşdırır. Əgər bu mümkün olsa El Petro-nun kapitalizasiyası 6  milyard avro təşkil edəcək və o, ilk kriptovalyuta onluğuna daxil olacaq. Ölkədə müxalifəti idarə edən Venesuela parlamenti əksinə investorları Maduro-ya inanmamağa çağırır. Konqress üzvlərinin sözlərinə əsasən Maduro-nun prezident postunu tərk edəcəyi halda El Petro dəyərdən düşəcək. Onların fikrincə bütün bu ideya isə Venesuela neftinin yenidən satışı və korrupsiya üçün düşünülüb.
    Linki kopyala