Ümumilikdə 3.5 milyon km yol qətt etmək imkanı: Tesla üçün yeni növ litium-ion batareya yaradılıb

Ümumilikdə 3.5 milyon km yol qətt etmək imkanı: Tesla üçün yeni növ litium-ion batareya yaradılıb

Texnologiya
23.10.2020 PAYLAŞIM

    Tesla üçün yeni növ batareya üzərində çalışan alimlər öz tədqiqatlarının son nəticələrini təqdim ediblər. Belə ki, alimlər 15.000 dövr şarj prosesinə dözümlü olan yeni növ litium-ion batareyalar yaradıblar. 15.000 dövr şarj prosesinə dözümlü olan batareya isə 3.5 milyon km yol qətt etmiş elektromobilə bərabərdir. Başqa sözlə desək, yeni növ batareyanın resursu 40 il ərzində çalışmağa yetə bilər. Bu isə elektromobilin öz ümumi çalışma müddətindən daha çoxdur. Bu barədə Electrek saytı xəbər verib.

    Xüsusi laboratoriya Tesla-nın xüsusi sifarişi ilə artıq 1 ildir ki, elektromobillər üçün uzunmüddətli batareyaların hazırlanması üzərində çalışır. Alimlər bir neçə müddət bundan öncə bu istiqamətdə olmuş tədqiqatlarının son nəticələrini təqdim ediblər və həmin nəticələrə əsasən onlar 15.000 dövr şarj prosesindən sonra da öz çalışma funksionallığını saxlayan yeni litium-ion batareya yarada biliblər.


Bu isə o deməkdir ki, bu cür batareyaya sahib elektromobil ümumilikdə öz fəaliyyəti dövrü ərzində 3.5 km yol qətt edə bilər.

    Bundan əlavə olaraq yeni növ batareyanın müxtəlif səviyyədə enerji sərfiyyatının test nəticələrini də təqdim olunub. Bu test çərçivəsində alimlər batareyanın enerjisini müəyyən səviyyəyə qədər sərf edirlər və daha sonra onu yenidən şarj prosesinə qoşurlar. Görünür, yeni növ litium-ion batareyalar hətta 15.000 dövr şarj prosesindən sonra da normal şəkildə çalışa bilirlər. Bundan əlavə olaraq yeni testlər onu göstərib ki, yeni batareya 25%-50% səviyyəsində enerji sərf edirsə və daha sonra yenidən şarj olunursa o, deqredasiyaya uğramır.

    Bu o deməkdir ki, əgər Tesla elektromobili bu cür batareyaya və bir dəfə şarj olunandan sonra 480 km yol qətt etmək özəlliyinə sahib olarsa, həmin elektromobil gündəlik 50 km yol qətt etdikdən sonra yenidən şarj olunsa da onun batareyası deqredasiyaya uğramayacaq. Bu cür batareya hətta elektromobilin ümumi fəaliyyət dövründən daha çox fəaliyyət göstərə biləcək. Bu cür batareyaların təkcə elektromobillərdə deyil həmçinin Tesla-nın Powerwalls, Powerpacks kimi layihələrində və Tesla Semi yük maşınından istifadə olunacağı gözlənilir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Nəyə görə Qualcomm yeni prosessorunu Snapdragon 875 deyil Snapdragon 888 adlandı..

Son illər ərzində biz öyrəşmişik ki, Qualcomm-un flaqman Snapdragon prosessorları 8x5 kimi adlandırı..


Performanslı nüvə, 5G modem, güclü süni zəka çipi : Snapdragon 888-in texniki öz..

Dünən Qualcomm şirkəti 1 dekabr tarixində təqdim edilmiş Snapdragon 888 flaqman mobil prosessorunun ..


Qualcomm şirkəti 5 nanometrlik Snapdragon 888 prosessorunu anons edib

Dünən Qualcomm tərəfindən keçirilmiş Tech Summit Digital 2020 tədbirinin ilk günündə şirkət Snapdrag..


Tədqiqatçılar internetdə qeydiyyatdan keçmiş domenlərin say statistikasını təqdi..

İldən-ilə saytların sayı daha da artır. Domen adlarının aparıcı provayderlərindən biri olan VeriSign..


Gələn ildən smartfonların qutularında cihazların təmir olunma mümkünlüyü reytinq..

Zəmanət müddətinin bitməsindən sonra smartfonun təmir olunması prosesi bir sıra qəliz nüanslardan ib..


Snapdragon 875 və Snapdragon 775G prosessorlarının bençmark performansları təqdi..

Artıq sabah Qualcomm şirkəti özünün Snapdragon Tech Summit 2020 tədbirini keçirdəcək.

×