main-post-cover

    'Uber' gözlənilməz tərəfdən 1 milyard dollar investisiya alacaq

    Elm & Texnologiya
    13.11.2017
    Farid Pardashunas
    Yaponiyanın “SoftBank” qrupu “Uber”ə 1 milyard dollar investisiya yatırmaq niyyətində olduğunu təsdiq edib.
    Bu barədə Techcrunch saytı xəbər verib. Bu dəfəki investisiyada şirkətin əməkdaşları qismində Dragoneer Investment GroupGeneral Atlantic təşkilatları çıxış edəcəklər. Sözügedən investisiyadan sonra “Uber”in qiyməti 70 milyard dollar təşkil edəcək və beləliklə şirkət dünyanın ən bahalı startapı adını özündə qoruyub saxlayacaq.
    Bundan əlavə olaraq “SoftBank” daha 9 milyard dollar xərcləyərək şirkətin hazırki sahibləri və əməkdaşlarından şirkət paylarını alacaq. Beləliklə investisiya təşkilatının şirkətdəki payı 14% təşkil edəcək. “Uber”in səhmlərinə sahib olan indiki əməkdaşların çox hissəsi şirkətin IPO-ya çıxmasından öncə milyoner ola bilərlər.
    Qeyd etmək laızmdır ki, şirkətin IPO-ya çıxması 2019-cu ildə gözlənilir. Məlumata əsasən şirkətdə hansı əməkdaşların səhmlərə sahib olduğunu öyrənmək üçün “SoftBank” hətta reklam da alacaq. “SoftBank” təmsilçiləri qeyd ediblər ki, yeni investisiya sayəsində “Uber”ə nəinki pul axını, həmdə şirkətin stabil işi məsələsində gələcək potensial investorlara əminlik gələcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər