Toyota şirkəti Uber'ə 500 milyon dollar investisiya yatıracaq: Hansı məqsədə görə?
Elm & Texnologiya
28.08.2018
Farid Pardashunas
Məşhur Toyota avtomobil şirkəti
Uber taksi servisinə 500 milyon dollar dəyərində investisiya yatıracaq. Bu barədə
The Wall Street Journal saytı xəbər verib. Sözügedən müqavilə çərçivəsində hər
iki şirkət pilotsuz avtomobillərin hazırlanması və istehsalı ilə məşğul olacaq
ortaq şöbə yaradacaq. Uber şirkəti pilotsuz avtomobillərin yaradılmasına hər 3
aydan bir 200 milyon dollar dəyərində vəsait xərcləyir. İndi isə şirkət bu xərclərin
azaldılması üzrə yollar axtarır. Toyota şirkəti ilə əməkdaşlıq isə bunun üçün ən
ideal çıxış yoludur.
Uber və Toyota şirkətlərinin təmsilçiləri sözügedən
müqavilə barəsindəki xəbər üzrə hansısa fikrin bildirilməsindən imtina ediblər.
Qeyd etmək lazımdır ki, bu investisiyanın ediləcəyi təqdirdə Uber şirkətinin
bazar dəyəri 72 milyard dollar təşkil edəcək. Bu ilin Mart ayında Uber şirkətinin
pilotsuz avtomobili nəticəsində baş vermiş yol qəzasında bir piyada həyatını
itirmişdi. Həmin hadisədən sonra Uber bir müddətlik pilotsuz avtomobillərin
test edilməsi prosesini dayandırmışdı. Lakin indi şirkət pilotsuz avtomobillərin
test mərhələsinə yenidən start verib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək