main-post-cover

    Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli avtomobillərə keçid prosesinə mane olmağa çalışır

    Elm & Texnologiya
    29.07.2021
    Farid Pardashunas
        Dünyanın ən böyük avtomobil istehsalçısı olan Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli avtomobillərə keçid prosesinə mane olmağa çalışır. Bu barədə The New York Times xəbər verib. Toyota şirkətinin top menecerləri bir neçə müddət bundan öncə ABŞ Konqressinin təmsilçiləri ilə görüşüblər və bağlı qapılar arxasında keçirilmiş görüş çərçivəsində top menecerlər Joe Biden-in elektrikli nəqliyyat sahəsinə 174 milyard dollar investisiya yatırılması qərarını sərt şəkildə tənqid ediblər.

    Qəbul edilmiş qərara əsasən 174 milyard dolların 100 milyardı alıcıların subsidiyalarına, 45 milyardı avtobusların elektrikləşdirilməsinə, 15 milyardı şarj stansiyaları infrastrukturunun genişləndirilməsinə, 10 milyardı isə ekoloji təmiz yük maşınlarının satışlarının stimullaşdırılmasına yönəldiləcək.

        Toyota təmsilçiləri bildiriblər ki, elektrik enerjisinin generasiyası nəticəsində ortaya çıxan emissiyaların ifrazı ənənəvi avtomobillərin boru qazlarından daha təhlükəlidirlər. Bundan əlavə olaraq Toyota qəbul edilmiş qərara hibrid hidrogen avtomobillərinin dəstəklənməsinin əlavəsini də tələb edir. Məlumatda qeyd edilib ki, şirkət bu cür siyasəti Avropa Birliyi regionunda, Yaponiyada və Hindistanda da aparır. Toyota dünyanın ilk hibrid avtomobillərini satışa çıxartsa da o öz rəqiblərindən çox geri qalıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər