Toshiba-nın yeni alqoritmi adi kompüterləri superkompüterlərdən daha sürətli edir

Toshiba-nın yeni alqoritmi adi kompüterləri superkompüterlərdən daha sürətli edir

Texnologiya
21.01.2020 PAYLAŞIM

    Toshiba şirkətinin mühəndisləri müasir kompüterlərin hesablama güclərini nəzərə çarpacaq dərəcədə yüksəldən alqoritm hazırlayıblar. Maraqlısı ondadır ki, bu alqoritmin hazırlanmasında təməl prinsip kimi kvant kompüterlərin çalışma prinsipindən istifadə edilib. Lakin sözügedən proqram texnologiyasının çalışması üçün bahalı təchizata ehtiyac yoxdur. Belə ki, yaradılmış yeni alqoritm adi istehlakçı kompüterləri ilə uyğunlaşır. Bu barədə Wccftech saytı xəbər verib. Adi kompüterlərin və klaster serverlərin güclərini yüksəldən bu yeni üsul simulyasiya edilmiş bifurkasiyalı alqoritm adlanır.

    Tərtibatçıların verdikləri məlumata əsasən bu alqoritm birjadakı valyutaların qiymətləri arasında müqayisə kimi qəliz əməliyyatları hal hazırda mövcud olan superkompüterlərdən daha sürətli şəkildə yerinə yetirir. Bununla yanaşı kvant kompüterlərindən fərqli olaraq bu yeni proqram texnologiyası üçün ekstremal soyuducu sistemlər lazım deyil. Belə ki, o, adi otaq temperaturunda da çalışa bilir. Toshiba təmsilçiləri qeyd ediblər ki, hesablama gücü kvant kompüterlərindən aşağı olan adi kompüterlərin klasterlərində sözügedən alqoritmdən istifadə öz növbəsində məlumat emalı prosesinin sürətinin 10 qat yüksəlməsini təmin edir.

    Hesablamaların sürətlərinin yüksəlməsi üçün bifurkasiya anlayışından istifadə edilir. Sözügedən texnologiyanın ideyası hələ 2015-ci ildə ortaya çıxmışdı. Lakin onun testləri 2 ildən sonra aparıldı. Tərtibatçılar qeyd ediblər ki, bu alqoritm maliyyə və fond ticarət təçkilatlarına, sosial şəbəkələrə və istehsal şirkətlərinə faydalı ola bilər. Şirkət qeyd edib ki, o, bu texnologiyada maraqlı olan müştərilərinə sözügedən alqoritmi real zamanda test etmək imkanını verəcək. Lakin bunun qarşılığında şirkət bu alqoritmin birgə inkişaf etdirilməsini və ya layihəyə investisiyanın yatırılmasını tələb edəcək.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Samsung şirkəti One UI interfeysinin dizaynını Windows-un dizaynına bənzədə bilə..

Samsung smartfonlarının əsas özəlliklərindən biri də onların One UI adlı istifadəçi interfeysinə sah..


Huawei şirkəti AppGallery tətbiqlər mağazasının üstünlüklərindən danışdı..

Huawei şirkəti HMS ekosisteminə (Huawei Mobile Services) daxil olan və Google servislərinin alternat..


Motorola-nın 3 yeni smartfon modelinin güman olunan texniki özəllikləri məlum o..

Yaxın müddət ərzində Motorola şirkəti 3 yeni smartfon modelinin təqdimatını keçirtməlidir...


Redmi-nin rəhbəri Redmi K30 Pro-nun qiymətinə işarə etdi

Redmi brendi artıq K30 Pro flaqman smartfon modelinin ön panelinin dizaynını sərgiləyib və onun təqr..


Avropa Birliyinin yeni qanun layihəsi smartfonlardakı batareyaların dəyişdirilmə..

Bir çox müasir smartfonların istifadəçiləri fərdi şəkildə öz cihazlarının batareyalarını dəyişə bilm..


12 Android tətbiqində təhlükəli və zərərli virus tapıldı: Joker

Google Play Store üzərində yayımlanan 12 Android tətbiqində Joker virusu tapıldı. Siyahısını verdiyi..