main-post-cover

    Tokio süni zəkaya yaçayış yeri qeydiyyatı verən ilk şəhər oldu

    Elm & Texnologiya
    07.11.2017
    Farid Pardashunas
    Shibuya Mirai adlı çatbot  keçən həftə Səudiyyə Ərəbistan vətəndaşlığı almış Sophia robotu ilə artıq eyni statusa sahibdir.
    Bu isə öz növbəsində insanlıq qarşısında bir sıra etik problemləri qoyur. Bu barədə Futurism saytı xəbər verib. Tokio dünyanın ilk şəhəri oldu ki, süni zəkaya yaşayış yeri qeydiyyatı təqdim etdi. Sözügedən alqoritm Shibuya Mirai adlanır. Onun adı yapon dilindən “gələcək” kimi tərcümə olunur və o, məşhur Line messencerində çatbot kimi fəaliyyət göstərir.
    Mirai-ni çox zaman “rəqəmsal Pinokkio” kimi adlandırırlar. Belə ki, o, 7 yaşlı oğlan kimi proqramlaşdırılıb. O, Line istifadəçiləri ilə yazışır, Shibuya rayonunun 224.000 sakinini yerli normativ hüquq aktları, vəzifəli şəxslər ilə tanış edir, həmdə məmurlar barəsində fikirləri söyləmək də insanlara imkan verir. Bütün bunlardan əlavə olaraq o, ona göndərilən selfie fotoları maraqlı şəkildə şərh edir. Beləliklə Mirai vətəndaşlıq almış Sophia ilə bir statusa sahib olub.
    Bu isə öz növbəsində bizlərin süni zəkaya verə biləcəyimiz və verməli olmadığımız hüquqlar barəsində etik problemləri ortaya qoyur. Əgər robotlar “Westworld” serialındakı kimi insan şüuruna sahibdirlərsə, biz onları söndürə və ya onlara zərər yetirə bilərikmi? Qeyd etmək lazımdır ki, bir neçə gün bundan öncə paylaşdığımız xəbərdə qeyd etmişdik ki, Səudiyyə Ərəbistan qadınları Sophia-ya vətəndaşlığın verilməsindən narazıdırlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər