TikTok-da güman olunan iPhone 9-un (iPhone SE 2) videosu ortaya çıxıb (VİDEO)

TikTok-da güman olunan iPhone 9-un (iPhone SE 2) videosu ortaya çıxıb (VİDEO)

Texnologiya
20.02.2020 PAYLAŞIM

    Çinin TikTok sosial şəbəkəsində güman olunan iPhone 9-un (iPhone SE 2) videosu ortaya çıxıb. Bu barədə GSMarena saytı xəbər verib. Ortaya çıxmış videoda əks olunmuş smartfon daha əvvəllər OnLeaks ləqəbi ilə tanınan insayder tərəfindən verilmiş məlumat sızıntılarındakı smartfona çox bənzəyir. Videodakı smartfon həqiqətən də xarici görünüşcə iPhone 8-ə bənzəyir.

    Belə ki, ekranın yuxarı və aşağı hissələrində qalın çərçivələr və ənənəvi Touch ID texnologiyası yerləşdirilib. Bununla yanaşı videoda smartfonun kənarlarını da görmək olar. Onlar daha düz şəkildə hazırlanıblar və birinci iPhone SE modelinin kənar hissələrini xatırladırlar. Videodakı smartfonun həqiqətən də iPhone 9 olub-olmamasını söyləmək çətindir. Hər halda bunu yalnız mart ayının sonunda bilmək mümkün olacaq. Belə ki, Apple şirkəti iPhone 9-u məhz 31 mart tarixində təqdim etməlidir. 



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Xiaomi şirkəti 144 MP-lik kameraya sahib Mi CC10 Pro (Mi 10S Pro) smartfonu üzər..

Məşhur hindistanlı insayder Sudhanshu Ambhore qeyd edib ki, Xiaomi şirkəti hal hazırda kamera göstər..


Redmi Band fitnes qolbağının ilk rəsmi fotosu təqdim olundu

Bugün Xiaomi şirkəti öz 10 illiyi şərəfinə böyük təqdimat tədbiri keçirdəcək və həmin tədbirdə yeni ..


MIUI 12 istifadəçi interfeysinin fotoları ortaya çıxdı

Xiaomi şirkəti artıq bir neçə müddətdir ki, MIUI 12 interfeysi üzərində çalışır. İndi isə internetdə..


Galaxy Note 20+ 5G smartfonu Geekbench testlərindən keçdi

Baxmayaraq ki, Galaxy Note 20 smartfon seriyasının  təqdimatına hələ çox var, məşhur Geekbench bençm..


Huawei şirkəti Google ilə əməkdaşlığın yeni variantını təklif edib

Bir neçə gün bundan öncə Huawei şirkətinin mobil şöbəsinin rəhbəri Richard Yu bildirmişdi ki, onlar ..


Xiaomi Mi Band 5 fitnes qolbağı artıq bu həftə təqdim oluna bilər

Xiaomi şirkətinin Mi Band 5 fitnes qolbağı üzərində çalışması xəbəri hələ keçən ilin sonunda ortaya ..