The Walking Dead serialının 8-ci mövsüm treyleri yayımlandı
22.07.2017
Orxan Jafarli
Walking Dead serialının
8-ci mövsüm treylerini təqdim etdi. Comic Con tədbirndə təqdim olunan The Walking
Dead serialının 8-ci mövsüm treyleri bizlərə çoxlu əkşınlı səhnələrin
olacağının siqnalları verir!
Hər anı həyacanla keçən 7-ci mövsümün ardından yeni mövsümdə pərəstişkarları
ilə görüşəcək olan Walking Dead yeni mövsüm üçün işlərinə, çəkilən bir səhnədə
6 metr yüksəklikdən yerə düşən
dubluyorun ölümü nəticəsində ara verilmişdi.
Yaşanan talehsiz hadisələrdən sonra serial çəkilişlərinə
yenidən başlayan qrup, olduqca iddialı və bir o qədər də əyləncəli bir mövsüm
ilə qarşımıza çıxmağa hazırlanır.
22 oktyabr 2017-ci il də ekranlara geri dönəcək olan əfsanəvi
serial, yenə hər kəsi ekranlara bağlamağı hədəfləyir. 7-ci mövsümdə yaşanan
hadisələrin dərhal sonra davam etdiyinə şahidlik etdiyimiz treyler, bizlərə bol
bol əkşının olacağının siqnalını verir.
Negan-a qarşı mübarizə aparaqn Rick-in və Kingdom qrupunun macəralarına
şahidlik edəcəyimiz 8-ci mövsümdə bütün tarazlıqlar dəyişəcəyə bənzəyir.Əlavə olaraq yeni təqdim olunan treylerdə ən çox diqqət çəkən
məqam isə xəstəxanada yatan Rick-in uzanan saqqallarının yanında olduqca təmiz
görünüşüylə çox danışılacaq. Serialın Comic Con-da təqdim olunan treylerini aşağıdan izləyə bilərsiniz.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək