'Tesla' şirkəti özünün musiqi servisini yaradır
Elm & Texnologiya
23.06.2017
Farid Pardashunas
Elektroavtomobil istehsalçısı “Tesla”, özünün Spotify və Apple Music kimi musiqi servsini yaratmağı planlaşdırır.
Bunun üçün şirkət bir sıra musiqi sənayesinin təmsilçiləri
ilə görüş keçirdir. Məlumata əsasən sözügedən musiqi servisinin
lisenziyalaşdırılması üçün Elon Musk-ın şirkəti bir çox musiqi təmsilçiləri ilə
mütəmadi görüşlər keçirdir. Əgər bu cür servis yaradılsa, onda o, bütün Tesla
avtomobilləri ilə bir komplektdə istifadəçiyə təqdim olunacaq. Musiqi şirkətləri
isə hələki başa düşmürlər ki, “Tesla”ya hansı miqyasda əməkdaşlıq lazımdır.
Lakin məlumdur ki, “Tesla”, həmin musiqi platforması üçün istifadəçilərə bir
sıra ödənişli abunəliklər təqdim edəcək. Əgər “Tesla” öz musiqi servisini
istifadəyə versə, çox güman ki, o, şirkətin öz müştəri bazası üçün nəzərdə
tutulacaq. Belə ki, həmin servisin, Tesla avtomobilinə sahib olmayan şəxs üçün
də aktiv olacağı məlum deyil. İyun ayında səhmdarlarla görüş zamanı Elon Musk,
musiqi servisləri sənayesinin müxtəlif variantlarını öyrənmək planlarının
olduğunu bildirmişdi. Onu da qeyd etmək laızmdır ki, “Tesla” artıq Spotify ilə əməkdaşlıq
edir. Belə ki, bu əməkdaşlıq çərçivəsində ABŞ-dan kənarda satışa çıxan Tesla avtomobilləri
bu musiqi servisi ilə inteqrasiya olunur. Maraqlısı isə “Tesla”nın nəyə görə
Spotify və ya Apple Music-i öz avtomobillərinə inteqrasiya etməsi deyil, məhz
öz sevisini yaratmaq istəməsidir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!