Tesla şirkəti elektromobillər üçün batareyaları özü istehsal edəcək
Elm & Texnologiya
05.09.2019
Farid Pardashunas
Tesla şirkətinin öz batareyalarını istehsal etməsi planları barəsində ortalıqda gəzən məlumatlar öz təsdiqini tapdılar. Belə ki, ortaya çıxmış vakansiyalar siyahısına əsasən elektromobillər üçün nəzərdə tutulmuş batareyalar Kaliforniya ştatının Frimont şəhərindəki zavodda istehsal ediləcək. Lakin heç istisna deyil ki, batareyalar həmçinin Kolorado ştatında da istehsal ediləcək. Bu barədə Electrek saytı xəbər verib. Hal hazırda Tesla şirkəti Panasonic-in batareya elementlərindən istifadə edir.
Həmin batareyalar Model X ilə Model S elektromobil modelləri üçün Yaponiyadan əldə edilir. Model 3 elektromobili üçün nəzərdə tutulmuş batareyalar isə Nevada ştatındakı Gigafactory 1 zavodunda istehsal edilir. Batareya istehsalını öz əlinə götürəndən sonra Tesla şirkəti batareya istehsalı miqyasını böyüdə və istehsal prosesində gecikmələri aradan qaldıra biləcək. Bundan əlavə olaraq bu o deməkdir ki, Tesla batareya istehsalına görə kənar şirkətlərə vəsait ödəməyəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)