Tesla Optimus robotunun əllərinin əks olunduğu tizer foto təqdim edilib

Tesla Optimus robotunun əllərinin əks olunduğu tizer foto təqdim edilib

Texnologiya
05.08.2022 PAYLAŞIM

    Tesla AI Day Part 2 tədbirinin keçirilməsinə az müddət qalmış şirkət insana bənzər Tesla Optimus adlı robotun prototipinin əllərinin əks olunduğu tizer fotosunu təqdim edib. Daha öncəki plana əsasən robotun təqdimatı 19 avqust tarixində baş tutmalı idi. Lakin bir müddət bundan öncə Elon Musk bu təqdimatın sentyabr sonuna təxirə salındığını elan etmişdi. Keçən ilki Tesla AI Day tədbiri əsasən Tesla elektromobillərindəki pilotsuz idarəetmə sisteminə həsr edilmişdi. Lakin bununla belə şirkət Dojo adlı superkompüterini təqdim etmiş və insana bənzər Tesla Optimus adlı robotu anons etmişdi.


    İkinci Tesla AI Day-in birinci tədbirdən düz il sonra baş tutacağı gözlənilirdi. Lakin şirkət tədbiri sentyabr ayının sonuna təxirə salmalı oldu. Musk bildirmişdi ki, tədbirin təxirə salınması nəticəsində əldə edilmiş əlavə zaman qeyd edilmiş tarixə kimi Tesla Optimus-un işlək prototipini hazırlamağa imkan verəcək. Tesla şirkətinin səhmdarları ilə görüş zamanı Musk Tesla AI Day Part 2 tədbiri üçün nəzərdə tutulmuş tizer fotosunu təqdim edib. Təqdim edilmiş tizer fotoda real robotun güman olunan prototipinin əlləri əks olunub. Keçən ilki tədbir çərçivəsində Musk sözügedən robotu anons etməklə yetinməmişdi.

    Belə ki, bütün bu müddət ərzində o bu layihəni aktiv şəkildə inkişaf etdirib. O daha öncə də qeyd etmişdi ki, robotların hazırlanması 2022-ci ildə Tesla üçün prioritetli layihələrdən biri olacaq. İndi isə Musk yenidən robotların istehsal edilib satılması biznesini irimiqyaslı biznesə çevirmək qərarının olduğunu təsdiqləyib. Onun sözlərinə əsasən uzunmüddətli perspektivdə robotlar nəqliyyatdan daha vacib olacaqlar. Öz bəyanatlarından birində Musk bildirmişdi ki, insana bənzər robotlar iş qüvvəsi problemini həll edə və ümumilikdə istehsalat sahəsindəki xərcləri aşağı sala bilərlər. 



DAHA ÇOX


Xiaomi Smart Band 8-in qlobal versiyası və Smart Band 8 Active təqdim edilib - Q..

Xiaomi şirkəti Xiaomi 13T smartfon seriyası və Xiaomi Watch 2 Pro smart saatı ilə yanaşı üstəlik Xia..


Xiaomi Watch 2 Pro flaqman smart saatı təqdim olunub - QİYMƏTİ

Xiaomi şirkəti Xiaomi 13T smartfon seriyası ilə birlikdə Xiaomi Watch 2 Pro flaqman smart saatını da..


CMF Buds Pro naqilsiz qulaqlığı və CMF Power şarj adapteri təqdim olunub - QİYMƏ..

Nothing şirkətinin CMF subbrendi CMF Watch Pro smart saatı ilə yanaşı həmçinin CMF Buds Pro naqilsiz..


Nothing-in CMF brendi öz ilk smart saatını təqdim edib - QİYMƏTİ

Nothing şirkətinin CMF adlı subbrendi öz ilk smart saatı CMF Watch Pro-nu təqdim edib.


Snapdragon 8 Gen 3-ün qrafik çipi Geekbench testlərindən keçib

Qualcomm gələn ayın sonunda Snapdragon 8 Gen 3 prosessorunu təqdim edəcək.


Galaxy Tab S9 FE planşetlərinin fotoları və texniki göstəriciləri ortaya çıxıb..

Biz artıq dəfələrlə məlumat vermişik ki, Samsung şirkəti hal hazırda Galaxy Tab S9 FE planşet seriya..

×