Tesla'nın yeni süni zəka çipi avtomobilləri tamamilə pilotsuz səviyyəyə qaldıra bilər

Tesla'nın yeni süni zəka çipi avtomobilləri tamamilə pilotsuz səviyyəyə qaldıra bilər

Texnologiya
17.10.2018 PAYLAŞIM

    Tesla artıq uzun illərdir ki, gizli şəkildə süni zəka çipi üzərində çalşır. Bu işə startı is AMD mikroprosessorlarını yaratmış əfsanəvi Jim Keller vermişdi. Tesla şirkətinin avtomobillər seriyasına yeni çip növbəti 6 ay ərzində quraşdırılacaq. Beləliklə şirkətin yaratdığı yeni texnologiya Nvidia şirkətinin texnologiyasını əvəz edəcək. Elon Musk-ın sözlərinə əsasən Tesla tərəfindən yaradılmış yeni süni zəka çipi avtopilot effektivliyini 500-2000% qaldıracaq.

    Keçən ilin sonunda Elon Musk bildirmişdi ki, Tesla şirkəti pilotsuz avtomobillər üçün nəzərdə tutulmuş ən yaxşı süni zəka texnologyasını yaradır. Lakin həmin vaxtda yaradılan yeni texnologiyanın hansı imkanları verəcəyi barsində heç bir məlumat verilməmişdi. Lakin bu cür bəyanatı Tesla şirkətinə Jim Keller-in gəlişi ilə birləşdirmiş bir sıra mütəxəssislər düşünmüşdülər ki, Tesla özünün mikrosxemlərini istehsal etmək niyyətindədir. Avqust ayında isə Musk təsdiq etmişdi ki, Tesla artıq uzun müddətdir ki, avtopilot sistemli avtomobillər üçün özünün süni zəka texnologiyasını yaratmaqla məşğuldur.

Bənzər xəbər


    Musk öz Twitter hesabında bildirib ki, Tesla tərəfindən hazrlanan yeni çipin performansı hal hazırda istifadə olunan Nvidia texnologiyasından fərqli olaraq 500-2000% daha yüksək olacaq. Bundan əlavə olaraq o, yeni texnologiyanın avtomobillərdə nə zaman istifadəyə veriləcəyi barəsində məlumat da verib. Onun sözlərinə əsasən Tesla-nın avtomobillərinə yeni texnologiyanı artıq növbəti 6 ay ərzində quraşdıracaqlar. Müştərilər üçün bu, əsas kompüterin heç də qəliz olmayan dəyişilmə prosesi kimi olacaq. Belə ki, avtomobilin daxilindəki bütün girişlər və naqillər olduqları kimi qalacaqlar. Sadəcə olaraq onlara yeni çip quraşdırılacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi-nin ilk stolüstü kompüterinin real fotoları ortaya çıxıb

Bir neçə gün bundan öncə məlum oldu ki, Xiaomi şirkəti öz ilk stolüstü kompüterini təqdim etməyə haz..


Huawei Watch Buds smart saatının yeni real fotoları ortaya çıxıb

Huawei şirkətinin təqdimata hazırlaşan Watch Buds smart saatının real fotoları ortaya çıxıb...


Son zamanlarda Starlink peyk internetinin sürəti aşağı düşməyə başlayıb..

İnternet sürətinin ölçülməsi üçün nəzərdə tutulmuş məşhur Speedtest servisinin yaradıcısı olan Ookla..


Huawei uşaqlar üçün iki ekranlı yeni smart saatını anons edib

Huawei şirkəti uşaqlar üçün nəzərdə tutulmuş qeyri-adi smart saatı anons edib. Sözügedən smart saatı..


Huawei şirkəti sabahkı təqdimat tədbirini təxirə salıb

Xiaomi-nin ardınca Huawei şirkəti də öz təqdimat tədbirini təxirə salıb. Qeyd etmək lazımdır ki, şir..

×