main-post-cover

    Tesla'nın yeni rəqibi: Porsche Mission E

    Elm & Texnologiya
    08.10.2017
    Orxan Jafarli
    Avtomobil istehsalçıları elektrikli vasitə işlərinə davam edərkən, 2015 Frankfurt Motor Show-da təqdim olunan və bazara çıxışı ilə Teslanı olduqca çətinə salması gözlənilən Porsche Mission E ilk dəfə yollarda göstərildi.
    Avtomobil anlayışı ilə inteqrasiya olunan Porschenin ilk elektrikli vasitəsi olaraq bazara çıxacaq olan Mission E-nin xüsusilə qiyməti və idman dizaynı ilə Tesla qarşısında avtomobil həvəskarlarına böyük bir üstünlük təqdim etməsi gözlənilir.
    Porsche CEO-su Oliver Blume ötən ay Car Magazine ilə etdiyi müsahibə zamanı, 2019-ci ildə satışa təqdim edilməsi planlaşdırılan vasitənin, 85.000 dollarlıq bir başlanğıc qiymətinə sahib olacağını açıqladı.
    Panamera və 918 modellərin bir qarışığı olaraq dizayn edilmiş avtomobil, elektrik mühərrikləri sayəsində 3,5 saniyədən az bir müddətdə 0-100 km-ə çatacaq.
    Mission E-nin saatda 250 km sürətə çata biləcəyi qətilik qazanarkən, bir dəfə şarj edilməsi ilə 500 KM mənzil təqdim etməsi uzun səfərlərdə böyük bir üstünlük təqdim edir.
    Gövdəsi alüminium, polad və karbon lif qarışığından istehsal edilən vasitənin ən diqqət çəkici xüsusiyyəti isə, batareyasını yüzdə 80% səviyyəsinə qədər doldurmaq üçün yalnız 15 dəqiqə şarj etməyə ehtiyac var.
    Mission E üçün şirkətin əsas mərkəzi olan Stuttgart-da elektrikli vasitə istehsal fəaliyyətləri üçün 700 milyon dollar xərcləyən və 1400 yeni işçisi tərkibinə qatan Porsche, bu sahədə yeni investisiyalar etməyə davam edir.
    919 Hybrid modelindən ilham alan və elektrikli avtomobillər arasına idman dizaynı ilə daxil ediləcək olan Mission E qarşısında, son dövrdə Model 3-ün istehsalında yaşanan gecikmələr ilə gündəmə gələn Teslanın atacağı addım indidən böyük bir maraq mövzusu halına gəldi.
    Linki kopyala