main-post-cover

    Tesla-nın rəqibi özünün Lucid Air 2021 adlı yeni elektromobilini təqdim edib - QİYMƏTİ

    Elm & Texnologiya
    10.09.2020
    Farid Pardashunas
        Lucid Motors şirkəti özünün yeni Lucid Air 2021 elektromobilinin təqdimatını keçirdib. Şirkət öz elektromobilini Tesla modellərinin rəqibi kimi qələmə verir. Sözügedən sedanın istehsalına bu ilin sonuna kimi start veriləcək. Təqdimat çərçivəsində isə şirkət onun texniki özəllikləri və satılacağı qiyməti barəsində məlumatlar verib. Bu barədə Slashgear saytı xəbər verib. Lucid Motors-un verdiyi məlumata əsasən Lucid Air 2021 elektromobilinin ən yüksək parametrli versiyası saatda 100 km sürəti 2.5 saniyəyə yığır. Bu cür yüksək sürət göstəricisini elektromobil eyni anda bütün təkərlərinin hərəkəti və 1080 at gücündə olan elektromühərriki vasitəsilə əldə edir.
        Bununla yanaşı elektromobil uzunməsafəli yol qətt etmə bacarığı ilə də seçilir. Belə ki, Lucid Air 2021 modeli bir dəfə şarj olunandan sonra 21 düymlük AeroDream təkərləri ilə 750 km yol qətt edə bilir. 19 düymlük təkərlər vasitəsilə ilə isə elektromobil 810 km yol qətt edir. Elektromobilin sürətli şarj prosesi üçün şirkət xüsusi stansiya hazırlayıb. Həmin stansiyada 1 dəqiqə şarj olunandan sonra Lucid Air 2021 modeli 32 km yol, 20 dəqiqə şarj olunandan sonra isə 483 km yol qətt edə bilər. Lucid Air 2021-in interyer özəllikləri sırasında 34 düym-lük sensorlu ekranı misal gətirmək olar.
        Elektromobildən istifadənin rahatlığını təmin etmək üçün şirkət Amazon Alexa səsli köməkçisinin dəstəyini də əlavə edib. Bununla yanaşı elektromobil öz gövdəsinin perimetri üzrə 32 ədəd müxtəlif ötürücü və LiDAR skaneri ilə təchiz olunub. Ən yüksək parametrlərə sahib Lucid Air 2021 Air Dream Edition modelinin qiyməti 161.500$, 800 at gücünə sahib və saatda 100 km sürəti 3 saniyəyə yığan Air Grand Touring modelinin qiyməti 139.000$, 620 at gücündə olan və 654 km yol qətt etməyi bacaran Air Touring modelinin qiyməti 95.000$, ən büdcəli Air modelinin qiyməti isə 80.000$ təşkil edir. Sözügedən elektromobilin ilk satışlarına gələn ilin yaz fəslində start verilməsi planlaşdırılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər