main-post-cover

    Tesla elektromobilləri yeni batareyalar hesabına daha çox yol qətt edə biləcəklər

    Elm & Texnologiya
    03.08.2020
    Farid Pardashunas
        Batareyanın tərkibində kobalt elementinin miqdarı nə qədər az olarsa enerjinin sıxlığə bir o qədər çox olar. Bu isə öz növbəsində batareyanın maya dəyərini aşağı salar. Lakin müasir texnologiyalar tərkibində ümumiyyətlə kobalt elementinin olmadığı batareyaların yaradılmasına imkan vermirlər. Bu istiqamətdə vacib addımı Panasonic şirkəti atıb. Qeyd etmək lazımdır ki, Panasonic şirkəti həmçinin Tesla üçün batareya istehsalı ilə məşğul olur. Bu barədə Techcrunch saytı xəbər verib.
        Panasonic şirkəti bildirib ki, o, batareya istehsalı texnologiyasını təkmilləşdirərək kobalt elementinin miqdarını aşağı salmağı və 2107 litium-ion elementlərində enerji sıxlığını 5% artırmağı bacarıb. Qeyd etmək lazımdır ki, bu elementlər Tesla-nın Gigafactory 1 zavodunda batareyaların istehsalında istifadə olunur. Panasonic qeyd edib ki, o özünün 30 ədəd istehsalat xəttinin təkmilləşdirilməsini sentyabr ayına kimi yekunlaşdıracaq. Hal hazırda 2107 batareyaları Tesla-nın Model 3Model Y adlı elektromobillərində istifadə olunur.
        İstehsalat texnologiyasının Panasonic tərəfindən təkmilləşdirilməsi öz növbəsində Tesla elektromobillərinin batareyalarının çalışma müddətlərinə təsir etməlidir. Beləliklə Tesla elektromobilləri bir dəfə şarj olunmaqla daha çox yol qətt etməlidirlər. Panasonic şirkətinin təmsilçisinin məlumatına əsasən litium-ion batareyalarının təkmilləşdirilməsi hesabına onların tərkiblərində istifadə olunan kobalt elementinin miqdarı 2%-dən aşağı düşüb. Şirkət gələcəkdə bu elementdən tamamilə imtina edəcəyinə söz verib. Lakin bu məsələdə konkret zaman göstəricisi qeyd olunmayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər