Tesla dünyanın ən bahalı avtomobil istehsalçısı oldu: Onun bazar dəyəri nə qədər təşkil edir?
Elm & Texnologiya
02.07.2020
Farid Pardashunas
Tesla şirkətinin bazar dəyəri dünən 209 milyard dollara çatdı. Beləliklə şirkət Toyota-nı geridə qoyaraq dünyanın ən bahalı avtomobil istehsalçısı oldu. Qeyd etmək lazımdır ki, Toyota-nın bazar dəyəri 204 milyard dollar təşkil edir. Bu barədə Vc.ru saytı xəbər verib. 1 il rəzində Tesla-nın səhmləri 5 dəfə bahalaşıb. Dünən birjada şirkətin bir səhminin qiyməti 1128$ təşkil edib. Toyota-nın səhmləri multiplikator üzrə satılır. Bu halda şirkətin dəyəri onun gəlirindən 16 dəfə yüksək qiymətləndirilir.
Tesla-nın səhmləri isə onun gəlirindən 220 dəfə yüksəkdir. Bu, istənilən avtomobil biznesinin göstəricisindən 2 dəfə böyükdür. Bu hətta bir çox texnoloji şirkətlərin multiplikatorlarından da yüksəkdir. Misal olaraq Amazon şirkətini qeyd etmək olar. Keçən il Tesla şirkəti ümumilikdə 367.000 elektromobil istehsal etmişdi. Bu il isə şirkət bu göstəricini 500.000 ədəd elektromobilə çatdırmağı planlaşdırır. Şirkətin illik vəsait itkisi isə 862 milyon dollar təşkil edib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)