main-post-cover

    Tesla-dan smart saat?: Şirkətin adı smart saat tərtibatçıları siyahısında aşkar edilib

    Elm & Texnologiya
    11.08.2020
    Farid Pardashunas
        Bəzən Tesla brendi altında təkcə elektromobillər deyil həm də digər məhsullar da satışa çıxırlar. Belə ki, Tesla şirkətinin məhsullar siyahısında artıq evlər üçün xüsusi batareyalar, sörfinq taxtaları və hətta iPhone-lar üçün şarj keysləri də var. Yeni məlumat sızıntısına əsasən isə şirkət indi smart saatlar istehsalında iştirak etməyi planlaşdırır. Bu barədə Ubergizmo saytı xəbər verib. Norveçin daşınıla bilən cihazlar sahəsində fəaliyyət göstərən Xplora Technologies adlı şirkəti ABŞ-ın əlaqələr üzrə federal komissiyasına sorğu göndərib.
        Həmin sorğuda X5 Play adlı smart saatlarda eSIM istifadəsi üçün icazənin alınması qeyd olunub. Lakin bu sənədi maraqlı edən digər bir fakt var. Belə ki, smart saatn tərtibatçıları siyahısında Tesla-nın adı qeyd olunub. Bəzi məlumatlara əsasən Tesla ümumiyyəltə Xplora Technologies şirkətini almış ola bilər. Lakin insayderlərin verdikləri məlumatlara əsasən şirkət smart saatlardakı aparat platformasını öz ekosisteminə inteqrasiyasında istifadə edə bilər.
        Bu cür fikir çox real səslənir. Belə ki, elektromobillərlə qarşılıqlı əlaqədə olmağa imkan verən xüsusi tətbiq Apple Watch modellərinə artıq inteqrasiya edilib. Bundan əlavə olaraq şirkət Model 3Model Y  elektromodellərində smartfonları açar əvəzi istifadə etməyə başlayıb. Tesla-nın smart saatları əlavə açar şəklində təqdim edib-etməyəcəyi bilinmir. Şirkət təmsilçiləri isə bu məsələ ilə bağlı fikir bildirməkdən imtina edblər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər