main-post-cover

    Tesla Cybertruck'ın dizaynı belə olsaydı necə olardı ?

    Elm & Texnologiya
    02.12.2019
    Nijat Hamid
            Cybertruck elektromobili Tesla-nın son təqdim etdiyi elektromobil olaraq internetdə və dünyada böyük səs gətirdi. Belə ki, təqdimat sonrasında hərkəs bu maşından danışmağa başladı. Futuristik və qəribə dizaynı ilə həm sevildi, həm də nifrət edildi. Bu günlərdə isə bir Facebook istifadəçisi olan Jonsibal, Cybertruck üçün alternativ dizayn hazırladı. 

    Cybertruck Mark 1 adlanan konsept dizayn daha futuristik saf metal ilə qranit qarışığa malikdi.

            Jonsibal tərəfindən hazırlanan dizaynda elektromobil originala nəzərən daha geniş və böyük hazırlanıb. İstifadəçi öz dizaynını Cyber Origami olaraq adlandırır və İron Man 1 (Dəmir Adam 1) filmində Mark 1 adlanan zireh sisteminə oxşatmağa çalışdığını deyir. Həmçinin qeyd etdiyinə görə bir sonrakı konsept dizaynında daha çox yarış maşınları tərzində bir dizayn hazırlayacaq. 

    Qeyd edək ki, Cybertruck pikapının ən fərqli cəhəti kosmik gəmilərin hazırlandığı metaldan istifadə edilərək hazırlanmasıdır. Bu da onu daha dayanıqlı edir. İstehsal tarixinin isə 2021-in sonlarına yaxın başlaması planlanır.

    Linki kopyala