Tesla 3$-a alınmış patentlər sayəsində daha ucuz elektromobil istehsal edə biləcək

Tesla 3$-a alınmış patentlər sayəsində daha ucuz elektromobil istehsal edə biləcək

Texnologiya
06.05.2021 PAYLAŞIM

    Tesla şirkəti öz elektromobilləri üçün fərdi batareya istehsalı üzərində ciddi şəkildə çalışır. Batareyaların yeni istehsalat texnologiyasını Tesla Kanadanın Springpower International adlı şirkətinin patentlərindən əldə edib. Elon Musk həmin patentləri 3$-a əldə edib. Hələ keçən il keçirilmiş Tesla Battery Day 2020 konfransında 4680 Tesla adlı yeni batareya növü təqdim olunmuşdu. Şirkət onu öz gücləri hesabına istehsal etmək niyyətindədir. Bu yeni növ batareya 500% daha çox enerji generasiya edəcək. Bu isə öz növbəsində elektromobillərə 6 dəfə daha çox yol qətt etmək imkanını verəcək. Bununla belə Springpower International şirkətinin texnologiyaları 4680 Tesla adlı batareyanın istehsal prosesinin bir hissəsi olacaqlar.

    Şirkət tərəfindən əldə olunmuş 3 patentdən biri tullantı suların təkrar istifadəsini əks etdirir. Bu halda onların bahalı təmizlənmə prosesinə ehtiyac qalmır. Bu öz növbəsində Tesla-ya istismar xərclərini 75% aşağı salmağa yardımçı olacaq. Eyni üsul həmçinin ikinci patentdə də öz əksini tapıb. Belə ki, elektromobil istehsalında istifadə olunan metal toz elektromobillərin emal edilmiş batareyalarından və şəbəkə akkumulyatorlarından əldə olunur. Musk əmindir ki, yeni batareya texnologiyalarının birləşməsi Tesla-ya 25.000$ dəyərində elektromobil istehsal etməyə şərait yaradacaq. Musk həmçinin qeyd edib ki, bu yeni texnologiyaların istehsal prosesinə inteqrasiyası üçün 3 il vaxt lazım olacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×