Təsdiqləndi: iPhone X Plus modeli 3 kameralı olacaq
Elm & Texnologiya
13.06.2018
Nijat Hamid
Aksessuar istehsalçısı Ghostek tərəfindən Forbes yazarı Gordon Kelly-ə göndərilən çertyojlara əsasən Apple iPhone X Plus modelinin 3 kamera ilə gələcəyi təsdiqlənmiş oldu. Bildiyimiz kimi Apple bu il 6.5 inch iPhone X Plus, 5.8 inch iPhone X və digərlərinə görə daha ucuz olan və LCD panel işlədən 6.1 inch böyüklüyündə bütcə dostu iPhone modeli təqdim edəcək.
Forbes yazarı Gordon Kelly təsdiq edir ki, 6.5 inch OLED ekran istifadə edən iPhone X Plus modeli Huawei P20 Pro'da olduğu kimi 3 kamera ilə gələcək.
Digər bir məlumat isə bu modelin normal iPhone X-ə nəzərən daha incə çərçivələr ilə istehsal edilməsidir. Bu modelin ekranı böyüsə də, ölçüləri iPhone 8 Plus modeli ilə eyni olacaq.
6.1 inch olan və Apple'ın təqdim edəcəyi digər 2 modelə nəzərən daha ucuz olan iPhone modelində isə tək kamera olacaq və 3D Touch özəlliyi olmayacaq.
Son model cihazlara az pul vermək istəyən insanlar üçün büdcə dostu olan bu model 1.nəsil FaceİD ilə gələcək. Digər bahalı olan 2 modeldə isə 2.nəsil ən yeni FaceİD texnologiyası olacaq. Telefonun necə adlandırılacağı bilinməsə də, iPhone SE 2 olacağı düşünülür. Qeyd edək ki, iPhone X Plus modeli ilə bu model arasında 300 dollara yaxın bir fərq olacağı deyilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)