main-post-cover

    Təqdimatdan 1 gün öncə Xiaomi Pad 6 planşeti barəsində yeni məlumatlar ortaya çıxıb

    Elm & Texnologiya
    17.04.2023
    Farid Pardashunas
        Xiaomi şirkəti sabah növbəti təqdimat tədbirini keçirəcək. Sabahkı tədbirdə Xiaomi 13 Ultra smartfonu, Mi Band 8 smart qolbağı və Pad 6 planşet seriyası təqdim ediləcək. İndi isə bu məhsullardan biri barəsində yeni məlumatlar ortaya çıxıb. Söhbət, Xiaomi Pad 6 planşetindən gedir. Xiaomi Pad 6 planşet seriyasına adi model ilə yanaşı həmçinin Pad 6 Pro da daxil olacaq. Lakin adi Pad 6 modeli sertifikatlaşdırma təşkilatlarından birinin saytında ortaya çıxıb. Ortaya çıxmış məlumatlarda planşetin bəzi texniki özəllikləri əks olunub. Ortaya çıxmış məlumatlara əsasən Xiaomi Pad 6 modeli 33 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
        Daha öncəki məlumat sızıntılarında isə 64 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyi qeyd edilirdi. Lakin görünür, 64 vatt gücündə sürətli şarj texnologiyası Xiaomi Pad 6 Pro üçün nəzərdə tutulacaq. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, Xiaomi Pad 6 modeli 6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi ilə təchiz olunacaq və MIUI 14 istifadəçi interfeysinə sahib olacaq. Böyük ehtimal ilə planşet üçün MIUI 14 istifadəçi interfeysi Android 13 əsasında qurulub. Onu da qeyd etmək lazımdır ki, adi Pad 6 modeli Snapdragon 870 prosessoru vasitəsilə çalışacaq. Şirkət bu məlumatı rəsmi şəkildə təsdiqləyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər