Təqdimata saatlar qala yeni iPhone modellərinin qiymətləri ortaya çıxdı

Təqdimata saatlar qala yeni iPhone modellərinin qiymətləri ortaya çıxdı

Texnologiya
10.09.2019 PAYLAŞIM

    Artıq bugün axşam Apple şirkəti yeni iPhone modellərini təqdim edəcək. Lakin indi olmuş məlumat sızıntısı şirkətin təqdimatı barəsində maraqlı təfərrüatları ortaya çıxardıb. Belə ki, bu gecə baş tutacaq təqdimatda şirkət daha öncədən ləğv edilmiş cihazı yenidən təqdim edə bilər. Bununla yanaşı sızdırılmış məlumatda yeni iPhone modellərinin qiymətləri də əks olunub. Bu barədə Slashleaks saytı xəbər verib. Beləliklə internetə sızdırılmış fotoya əsasən bugünki təqdimatda smartfon və smart saat modelləri ilə yanaşı həmçinin AirPower naqilsiz şarj stansiyasını da təqdim edə bilərlər.

    Qeyd etmək lazımdır ki, bu şarj stansiyası bu ilin mart ayında ləğv edilmişdi. Həmçinin siyahıda AirPods qulaqlıqları da var. Heç istina deyil ki, şirkət naqilsiz qulaqlıqların yeni modelini təqdim edəcək. Ən maraqlısı isə yeni iPhone modellərinin qiymətləridir. Siyahıda qeyd edilmiş qiymət göstəriciləri bir neçə müddət bundan öncə müxtəlif mənbələrdən sızdırılmış qiymət göstəriciləri ilə üst-üstə düşür. Beləliklə adi iPhone 11 modeli 6.1 düym LCD ekran və 64/128/256 GB daxili yaddaş həcmi ilə təchiz olunacaq.

    64 GB daxili yaddaşa sahib model 749$-a, 128 GB daxili yaddaşa sahib model 799$-a, 256 GB daxili yaddaşa sahib model isə 899$-a satılacaq. iPhone 11 Pro modeli 5.8 düym OLED ekran, 128/256/512 GB daxili yaddaş həcmi və üçlü arxa kamera ilə təchiz olunacaq. 128 GB daxili yaddaşa sahib model 999$-a, 256 GB daxili yaddaşa sahib model 1099$-a, 512 GB daxili yaddaşa sahib model isə 1199$-a satılacaq. iPhone 11 Pro Max modeli 6.5 düym OLED ekran və həmin daxili yaddaş göstəricilərini əldə edəcək. 128 GB daxili yaddaşa sahib model 1099$-a, 256 GB daxili yaddaşa sahib model 1199$-a, 512 GB daxili yaddaşa sahib model isə 1299$-a satılacaq. Məlumatda qeyd edilib ki, iPhone 11 Pro və Pro Max modelləri artıq 20 sentyabr tarixində satışa çıxacaqlar. 



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


ABŞ sanksiyalarına baxmayaraq Huawei şirkətinin gəlirləri yüksəlib

Huawei şirkəti bu ilin ilk 9 ayı ərzində əldə etdiyi gəlirlərdən danışıb.


SpaceX şirkəti Yer kürəsinin orbitini Starlink internet peykləri ilə əhatə etməy..

SpaceX şirkəti artıq Yer kürəsinin orbitinə Starlink layihəsi çərçivəsində 60 ədəd internet peykini ..


3 illik fəaliyyətdən sonra Google şirkəti Daydream VR layihəsini bağladı

Şirkət VR cihazı satışdan çıxartdı və tətbiqlərdən ibarət platformanın inkişafını dayandırdı...


Huawei P40 və P40 Pro smartfonları eyni anda iki əməliyyat sistemi əldə edə bilə..

Huawei şirkəti HarmonyOS əməliyyat sistemini hələ avqust ayında təqdim etmişdi.


Samsung şirkəti yeni ekran dizaynının patentini aldı

Smartfon ekranının ön panelin çox hissəsini əhatə etməsi yolunda istehsalçılar ön kameranın yerləşdi..


Google'dan yeni naqilsiz Pixel Buds 2 qulaqlığı - QİYMƏTİ

Made by Google təqdimat tədbiri çərçivəsində Google şirkəti naqilsiz Pixel Buds 2 qulaqlıqlarını təq..