main-post-cover

    Təqdim olunacaq Redmi K30 Pro-nun qiyməti məlum oldu

    Elm & Texnologiya
    13.03.2020
    Farid Pardashunas
        Redmi brendinin K30 Pro flaqman smartfon modelinin təqdimat tarixi yaxınlaşdıqca onun barəsində daha çox məlumat ortaya çıxmağa davam edir. Sözügedən smartfonun sahib olacağı prosessor və kamera modelləri barəsində məlumatlar daha öncədən ortaya çıxmışdı. Lakin K30 Pro-nun hansı qiymətə satılacağı naməlum olaraq qalırdı. İndi isə həmin məlumat da ortaya çxııb. Bu barədə Gizmochina saytı xəbər verib.
        Çinin Weibo sosial şəbəkəsində smartfonun hansı qiymətə satılacağı suallarına cavab verən zaman Redmi brendinin satışları üzrə meneceri olan Wang Teng smartfonun təqribi satış qiymətini açıqlayıb. Beləliklə onun sözlərinə əsasən Redmi K30 Pro smartfonu təqribi olaraq 430$-a satılacaq. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə Redmi brendinin rəhbəri Lu Weibing də bu cür qiymət göstəricisinə işarə etmişdi. Redmi K30 Pro-nun dəqiq təqdimat tarixi barəsində hələ də məlumat verilməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər