main-post-cover

    Telia Company rəsmi olaraq Fintur Holdinqə məxsus Azercell hissələrini Azintelecom -a satdı

    05.03.2018
    Farid Pardashunas
        Telia Company və Turkcell -ə məxsus olan Fintur Holdings Azercell -də böyük pay sahibi olan Azetel -in 51.3 faizlik hissələrini rəsmi olaraq Azərbaycan dövlətinə məxsus olan AzInTelecom Məhdud Məsuliyyətli Cəmiyyətinə satdı. Bu barədə Technote.az -a rəsmi olaraq Telia Company və Mobile World Live -dan məlumat daxil olub.
        "Turkcell ilə birgə Azercell -in Azərbaycana satılmasına razılığa gəlmişik. Bu bizim Avrasiya bazarından çıxıb, daha çox Şimali Avropa və Baltik yanı bazarlarda möhkəmlənmə strategiyamızın 4-cü hissəsinə daxildir. Azercell şirkətinin əməkdaşlarına göstərdikləri töhfələrə görə təşəkkür edir, onların gələcək fəaliyyətlərində növbəti mərhələdə uğurlar arzulayıram." deyə Telia Company şirkətinin rəhbəri Johan Dennelind bildirib.
        Bununla, Telia Company Fintur Holdinqin Azertel -də sahib olduğu 51.3 faizlik hissəsini Azərbaycanda dövlətə məxsus olan bir şirkətə - Azerbaijan International Telecom LLC (Azintelecom)-ə təhvil vermiş oldu. Qeyd edək ki, Fintur holdinqdə Telia Company və Turkcell uyğun olaraq 58.55% və 41.45%-lik göstəricilər ilə pay sahibi olaraq, ortaqlı çalışlar.
         Yaradılmış Azertel şirkəti isə Azercell -in yeganə sahibi olan şirkət idi. Bu satışla birgə isə Fintur Holdinq Azertel -də olan hissələrinin hamısını yenə 51.3 -ni Azintelecom-a 222 milyon avro qiymətə satmış oldu. Bu da Azercell-in hazırki dəyərinin 432 milyon avro olduğunu göstərir. Uyğun olaraq şirkətin nəğd və borcsuz müəssisə dəyəri 197 milyon avrodur.
        Bu, İsveç mərkəzli şirkətin ilk belə addımı deyildi. Beləliklə, regionda marağını itirən böyük şirkət Rusiyada fəaliyyət göstərən Megafon operatorunu 2017 -ci ilin Oktyabrında, Gürcüstanda fəaliyyət göstərən Geocell-i bu ilin Yanvarında (153 milyon avro) əlavə olaraq Qazaxstanda fəaliyyəti olan Kazakhstan ICT Company-ni Fevral ayında artıq gözdən çıxarmışdı. Cəmi bir neçə gün sonra isə rəsmi olaraq Azercell-i satdığını bugün elan etdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər