main-post-cover

    Təkmilləşdirilmiş batareya sayəsində Tesla Model S rekord göstəricidə yol qətt edə bilib (VİDEO)

    Elm & Texnologiya
    10.01.2022
    Farid Pardashunas
        Our Next Energy (ONE) adlı şirkət elektromobillər üçün nəzərdə tutulmuş yeni növ batareya yaradıb və onu Tesla Model S-ə quraşdırıb. Aparılmış testlər nəticəsində yeni növ batareyaya sahib Tesla Model S modeli daha çox yol qətt edərək dünya rekorduna imza atıb. Test üçün Tesla Model S-in seçilməsi heç də təsadüfi deyil. Belə ki, bir dəfə şarj olunandan sonra daha uzun məsafədə yol qətt etmə üzrə əvvəlki dünya rekorduna da məhz Tesla Model S imza atmşdı. 203.7 kilovatt saat həcmli yeni növ batareyanın Tesla Model S-ə quraşdırandan sonra elektromobil bir dəfəyə 1210 km yol qətt edə bilib.
        Test çərçivəsində elektromobilin ortalama sürəti saatda 88 km təşkil edib və ümumilikdə o, 14 saat yolda olub. Qeyd etmək lazımdır ki, testlər qış mövsümündə aparılıb. Qışda isə elektromobillərin qətt etdikləri yol göstəriciləri bir qədər aşağı düşürlər. Buna görə də əldə edilmiş yeni nəticə diqqəti cəlb edir. Our Next Energy şirkəti uzun illər ərzində Apple-da çalışmış Mujeeb Ijaz tərəfindən təsis edilib. Şirkət elektromobillər üçün nəzərdə tutulmuş yeni növ batareyaların yaradılması üzrə fəaliyyət göstərir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər