Tədqiqatçılar kiçik ölçüdə olan şüşə üzərinə 75.6 TB həcmdə məlumat yaza biliblər

Tədqiqatçılar kiçik ölçüdə olan şüşə üzərinə 75.6 TB həcmdə məlumat yaza biliblər

Texnologiya
28.09.2020 PAYLAŞIM

    İnsan tərəfindən generasiya olunan rəqəmsal məlumatın sayı yüksək temp ilə artır. Lakin məlumatların saxlanması üçün nəzərdə tutulmuş fiziki cihazların inkişaf səviyyəsi o qədər də yüksək sürətlə getmir. Buna görə də bulud sistemlərin yaradılması üçün şirkətlər daha çox sərt disk almağa məcbur qalırlar. Bu problemi Microsoft şirkətinin yeni texnologiyası həll edə bilər. Belə ki, şirkətin yeni texnologiyası terabaytlarla həcmdə olan məlumatları kvars parçasına yazmağa imkan verir. Bu barədə Techradar saytı xəbər verib.

    Microsoft Project Silica layihəsi kvarsdan hazırlanmış yüksək dözümlü şüşə üzərinə lazer vasitəsilə məlumatların yazılması texnologiyasına əsaslanır. Bununla belə sözügedən proses zamanı lazer kvarsdan hazırlanmış şüşənin strukturunu deformasiya edir. Təcrübə çərçivəsində tədqiqatçlar 2.5 düym disk ölçüsündə olan əridilmiş kvars parçasına 75.6 TB həcmində məlumat yaza biliblər. Müqayisə üçün qeyd etmək lazımdır ki, 3.5 düym ölçüsündə olan ən həcmli sərt disk 20 TB təşkil edir.


    Lakin Microsoft Project Silica layihəsinin mütəxəssislərinin qarşılaşdıqları ən əsas problem ondan ibarətdir ki, kvars materialdan hazırlanmış sərt diskdəki məlumatları yenidən yazmaq mümkün deyil. Belə ki, bu disk yalnız məlumatların oxunmasında istifadə oluna bilər. Bu isə məlumatların ehtiyat versiyalarını hazırlamaqda çətinliklər yarada bilər. Qeyd etmək lazımdır ki, bu cür texnologiya üzərində təkcə Microsoft şirkəti deyil həmçinin digər şirkətlər də çalışırlar. Analitiklərin fikirlərinə əsasən 2025-ci ilə kimi bütün dünyada olacaq rəqəmsal məlumatların həcmi 175 ZT (zettabayt) təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, 1 ZT milyard TB-a bərabərdir. 



DAHA ÇOX


Google şirkəti bugün 25 yaşını qeyd edir

Dünyanın ən nüfuzlu texnoloji şirkətlərindən biri olan Google bugün 25 yaşını qeyd edir. ..


Tesla öz elektromobillərinin istehsalat xərclərini azaltmağın yolunu tapıb..

Verilmiş məlıumata əsasən Tesla şirkəti özünün Gigacasting adlı pressləmə texnologiyasının təkmilləş..


LG şirkəti 6G şəbəkəsində növbəti testini uğurla yekunlaşdırıb

LG şirkəti 6G şəbəkəsinin imkanlarını tədqiq etməyə davam edir.


Apple Vision Pro-nun sadələşdirilmiş versiyası ləğv edilmiş ola bilər

Apple şirkətinin Vision Pro adlı qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazının təqdimatından s..


Xiaomi Smart Band 8-in qlobal versiyası və Smart Band 8 Active təqdim edilib - Q..

Xiaomi şirkəti Xiaomi 13T smartfon seriyası və Xiaomi Watch 2 Pro smart saatı ilə yanaşı üstəlik Xia..


Xiaomi Watch 2 Pro flaqman smart saatı təqdim olunub - QİYMƏTİ

Xiaomi şirkəti Xiaomi 13T smartfon seriyası ilə birlikdə Xiaomi Watch 2 Pro flaqman smart saatını da..

×