main-post-cover

    Technote, MWC 2018 çərçivəsində LaLiga -nın yayım texnologiyaları ilə tanış olub

    08.03.2018
    Farid Pardashunas
        Dünyanın ən yaxşı idman yarışlarından biri olan LaLiga -nın MWC 2018 çərçivəsində təqdim etdiyi texnologiyalar ilə Technote Media olaraq yaxından tanış olduq.
        LaLiga, Mobil Dünya Konqressi çərçivəsində məşqçilər, klublar və izləyicilər üçün ən yeni yayım texnologiyalarının və alətlərinin təqdimatını həyata keçirib. Keçən həftə baş tutan tədbirdə İspaniyanın dünya şöhrətli idman şousu olan LaLiga -nın yayım texnologiyalarının pərdə arxası göstərilmişdir. Qabaqcıl yayım texnologiyaları və məlumatların toplanması sistemi LaLiga -nı dünyanın ən qabaqcıl idman yarışlarından birinə çevirir. Bu texnologiyalar ilə LaLiga -nın əsas məqsədi klublara və izləyicilərə ən müasir taktiki və strateji məlumatları çatdırmasıdır. Texnologiya nümayişi LaLiga -nın rəsmi istehsal tərəfdaşı olan Mediapro ilə birlikdə təqdim olunub.
        Espanyol klubuna məxsus RCD Espanyol Stadium LaLiga tarixində ilk dəfə innovasiya nümayişi üçün istifadə olundu. Bu, Barcelonaya hər ilə 100.000 -dən çox texnologiya ekspertini cəlb edən tədbir - Mobil Dünya Konqressi ərəfəsində baş tutdu. Bu nümayiş ilə kobud dildə desək LaLiga -nın istifadə etdiyi texnologiyaların üzərindən pərdə qalxmış oldu.
    "Bizim məqsədimiz izləyicilərimizin sadəcə oyuna baxması deyil, eyni zamanda onların eksklüziv audio və video təcrübələrdən həzz almalarıdır. Bundan əlavə LaLiga məşqçilər heyyətinə və klublara özlərini daha da yaxşılaşdırmaq üçün unikal həllər və texnologiyalar təqdim edir." - deyə, LaLiga -nın Baş Korporativ Kommunikasiya Meneceri Joris Evers bildirib.
    4K HDR
        LaLiga -nın 4K HDR yayımı, İspan futbol sevənlərində fərqli bir görmə təəssüratı yaradır. Bu məqsədlə 20 HDR kamerası oyunlarda istifadə edilir. El Clasico kimi xüsusi hallarda, mövsümün son mərhələlərində əhəmiyyətli derbiler və oyunlar zamanı kameralar helikopterlər və qaldırıcılar üzərində quraşdırılır. HDR yayımları ilə, evdə olan tamaşaçılar ozlərini stadionda olduqları kimi, baş tutan oyuna özlərini daha yaxın hiss edə bilərlər. Obrazlar o qədər realdır ki, sanki hadisələr öz otağınızda baş verir. Laliga dünyada HDR -da yayımlanan bir neçə idman yarışlarından biridir.
    Skycam
        Stationdan 21 metr yüksəklikdə yerləşdirilmiş və izləyiciləri nadir kadrlar ilə təmin edən hava kameralarından biri də Skycam -dır. Kameranın böyük fırlama sürəti imkan verir ki, oyunun bütün kadrlarını dəqiqliklə izləmək mümkün olsun. Bu isə müxtəlif bucaqlar altında mükəmməl görüntü performansı ortaya qoyur. Bu kameralar yığcam, 4/3-la yüksək aydınlığa və 14x miqyaslı bucaq obyektivlərinə malik olan modellərdir, onların kadrları məhz optik-lif kabellər vasitəsilə şəkili TV -ekrana ötürülür. Skycam təxminən, 7,000 m2-ın ərazini əhatə edə bilir.
    Intel True View 
        Bir neçə ildir istifadə olunan 360 dərəcəlik təkrar texnologiyası ilə 3D kadrlar vasitəsilə oyunun hər baxım bucağı altından bənzərsiz perspektivləri dünyanın 4 bir yanından oyunları izləyən tamaşıçalara unikal olaraq təqdim olunur. 
        Stadionlarda quraşdırılmış 38 ədəd 2D kamera isə bir neçə intel serverləri ilə birlikdə imkan verəcək ki, siz oyunu bütün baxış bucaqları altından rahatlıqla izləyə biləsiniz. Bu texnologiyalar, müntəzəm olaraq Camp Nou (FC Barcelona), Santyaqo Bernabeu (Real Madrid), Wanda Metropolitano (Atletico de Madrid) Ramon Sanchez-Pizjuan (Sevilya) stadionlarında istifadə edilir.    Əlavə olaraq bir innovativ texnologiya həlli daha var ki, ona təşəkkür düşür. İzləyicilər bu texnologiyanın köməyi ilə birbaşa oyunun içinə daxil ola bilir və birbaşa oyunçunun gözündən oyunu görmək imkanını əldə edir. Söhbət Dekabr ayında baş tutan Real Madrid - Barcelona oyununda ilk dəfə istifadə olunun "Be The Player" texnologiyasından gedir.
    Daha bir güclü əlavə isə "Laser Wall" -dur. Bizim dilə tərcümədə Lazer Divar mənasını verən bu texnologiya oyundan kənar vəziyyətləri izləyicilərə daha aydın şəkildə çatdırmaq üçün istifadə olunur.
    Live 3D graphics
        LaLiga yeganə milli yarışdır ki, canlı yayım zamanı oyunu üç ölçülü qrafikada baxmağa şərait yaradır. Bu, tamaşaçıya təqdim olunan oyun məlumatlarını tamamlayır və unikal vizual dəstək təmin edir. Bu texnologiyanın köməyi ilə nümayiş vaxtı taktiki və mövqe dəyişikliklərini izləmək daha rahat olur.
    Virtual reality
        LaLiga son mövsümlərdə yayım keyfiyyətini kəskin şəkildə yaxşılaşdırmışdır. Üzərində işlədikləri yeni texnologiyalardan biri də izləmə təcrübəsinin gələcəyi ilə bağlıdır. Mediapro -nun tədqiqat və inkişaf komandası, LaLiga ilə birlikdə, virtual reallıq (BP) texnologiyası ilə eksperimentlər aparır. Ötən ilin Dekabrında El Clasico görüşü iki 360 dərəcəlik kamera və dörd 180 dərəcəlik kameraların dəstəyi ilə çəkilib. LaLiga İnnovasiya Sərgisinin tədbiri zamanı Technote təmsilçisi Samsung Gear eynəkləri vasıtəsi ilə bu təcrübəni yaşamışlardan biri oldu. Bu təcrübədə aşağıdakılar təqdim olundu:
    - Oyunun (El Clasico) 180 və 360 təsviri multi-kamera texnologiya ilə çəkilişindən görüntülər
    - Mediacoach statistikaları
    - 3D təkrarlar
    Mediacoach
        Son yayım yeniliklərin tətbiqi sayəsində əla baxış təəssüratı təqdim  etməkdən başqa, LaLiga klublar üçün qiymətli alətlər üzərində çalışır. Bu baxımdan, Mediapro tərəfindən inkişaf etdirilən yüksək keyfiyyətli oyun analiz vasitələri və xidmətlər paketi olan Mediacoach vasitəsilə LaLiga, hər klubun məşqçilərinə, oyunun müxtəlif cəhətlərini dərindən təhlil etmək üçün lazımi məlumatları təmin edir. Bu, oyun zamanı yerləşdirilən xüsusi texnologiyalar ilə həyata keçirilir və Big Data -ya əsaslanır. 
        Heç bir futbol liqası, bu dərəcəyə qədər inkişaf etmiş bir platformaya malik deyil. Technote olaraq iştirak etdiyimiz bu qapalı texnologiya sərgisindən sizlərə hələlik bu qədər məlumat çatdıra bildik. Dəvətə görə LaLiga -ya təşəkkür edirik.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər