main-post-cover

    'Technote' 2017-ci ildə ölkəmizi hansı qlobal IT tədbirlərdə təmsil etdi?

    20.12.2017
    Farid Pardashunas
        2 ildən çoxdur Azərbaycan bazarında doğma dildə fəaliyyət göstərən texnologiya informasiya portalı "technote.az", "Technote Media Company LLC" şirkəti daxilində fəaliyyət göstərən internet resursudur. Azərbaycanın ən çox oxunan texnologiya informasiya portalı olan "Technote" bu il ölkəmiz adından 5 böyük qlobal texnologiya və sahibkarlıq konfransında rəsmi media tərəfdaşı olaraq çıxış edib.
    1) 2017-ci il Fevral ayında Türkiyənin Antalya şəhərində baş tutan "Startup Turkey" sahibkarlıq və texnologiya konfransında yerli startaplarımızla yanaşı tam müstəqil şəkildə "Technote Media" da iştirak edib. Tədbirdən reportajı buradan oxuya bilərsiniz.
    2) 2017-cı ilin May ayında Hollandiyanın paytaxtı Amsterdam şəhərində keçirilən Avropanın ən böyük texnologiya konfranslarından biri olan "The Next Web Conference"a bu il Technote da dəvətli idi. Tədbirdə media tərəfdaşı olaraq çıxış edən "Technote" şirkətin rəhbəri Fərid Pərdəşünas şəxsində təmsil olunurdu. Qeyd edək ki, "Technote" bu tədbirdə Azərbaycan tərəfindən qatılan yeganə media orqanı idi. Tədbirdən hazırladığımız reportajla buradan tanış ola bilərsiniz.
    3) 2017-ci ilin İyul ayında Almaniyanın paytaxtı Berlində təşkil olunan "Tech Open Air 2017" texnologiya və sahibkarlıq konfransına dəvət alan media orqanlarından biri də "Technote" idi. 
    4) "Web Summit 2017" - Dünyanın ən böyük texnologiya və sahibkarlıq konfranslarından biri olan bu tədbirdə nə az nə çox 60.000 insan iştirak edirdi. Azərbaycan tərəfindən yeganə media tərəfdaşı olan Technote, bu tədbirdə Fərid Pərdəşünas şəxsində təmsil olunurdu. Portuqaliyanın paytaxtı Lissabon şəhərində baş tutan tədbirdə nümayəndəmizin "Facebook"un keçmiş ortaq qurucusu Dustin Moskovitz, "Booking.com" platformasının icraçı direktoru Gillian Tans və bir çox məşhur simalarla birəbir görüşləri olub. Tədbirdən reportajı buradan oxuya bilərsiniz.
    5) 2017-ci ilin Dekabr ayında Finlandiyanın paytaxıtı Helsinki şəhərində baş tutan nəhəng "Slush" konfransında "Technote" yenə də Azərbaycandan olan yeganə rəsmi media tərəfdaşı idi və Ksenia Maslova şəxsində tədbirdə təmsil olunurdu. Şimali Avropanın məşhur texnologiya və sahibkarlıq tədbirlərindən biri olan "Slush" hər il minlərlə ekosistem nümayəndəsini bir araya toplayır.
    2017-ci ildə ölkəmizin aparacı texnologiya mediası olan "Technote", Azərbaycanı 5 qlobal konfransda təmsil edib. Elə, bu ilin sonu aldığımız daha bir xoş xəbərə görə, 2018-ci ilin fevral ayında Barcelonada baş tutacaq Mobil Dünya Konqresinə dəvətlilər siyahısındayıq. Dünyaca məşhur brendlərin öz mobil cihazlarını təqdim etdiyi bu qlobal tədbir bütün dünyanın diqqət mərkəzindədir.
        2018-ci ildə ən az ölkəmizi 10 qlobal tədbirdə təmsil etməyi planlaşdırırıq. Bu yolda bizə dəstək olan bütün oxucularımıza öz təşəkkürümüzü bildiririk. Məqsədimiz, Azərbaycanda doğma dildə texnologiya və sahibkarlıq mövzularında oxucularımıza doğru informasiyanı çatdırmaqdır. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər