main-post-cover

    TechCrunch-ın təsisçilərindən biri olan Michael Arrington, dünyada ilk dəfə kriptovalyuta vasitəsilə ev aldı

    Elm & Texnologiya
    27.09.2017
    Farid Pardashunas
    Sözügedən müqavilə, məşhurluğuna və dünyadakı kapitalizasiyasına görə ikinci yeri tutan Ethereum kriptovalyutası vasitəsilə bağlanıb.
    Michael Arrington, Kiyevdəki evi əldə etmək üçün 60.000$ dəyərində Ethereum ödəyib. Bu müqavilə, Ethereum blockchainində smart müqavilə vasitəsilə keçirilmiş ilk belə bir əməliyyat hesab edilir. Ukraynanın Elektron İdarəetmə Agentliyinin rəhbər məsləhətçisi Konstantin Yarmolenko, bu barədə öz Facebook hesabında yazıb.

    “Gələcəkdə istənilən ölkədən olan istənilən şəxs 24/7 rejimində elektron formada, istənilən digər bir ölkədə daşınmaz əmlak ala biləcək. Bununla belə, müqavilə ilə bağlı olacaq bütün məlumatlar, blockchainə yazılacaq. Alıcı, mülkiyyətin hüquqi elektron sertifikatını alacaq. O isə öz növbəsində blockchain vasitəsilə güvənli şəkildə qorunacaq. Bütün proses, smart müqavilələr vasitəsilə avtomatlaşdırılacaq. Bugünki müqavilə, dünya mülk bazarında olan bir inqilabdır və mən çox şadam ki, Ukrayna, bu müqavilənin reallaşdırıldığı ilk ölkə oldu” – deyə Yarmolenko, öz Facebook hesabında qeyd edib.
    Qeyd etmək lazımdır ki, müqavilə, ABŞ-ın Propy adlı desentralizə olunmuş mülk platforması vasitəsilə həyata keçirilib. Bununla yanaşı evi satmış şəxs özü, Nyu York-da olub. Beləliklə faktiki olaraq müqavilə, ABŞ ərazisində reallaşdırılıb. Daşınmaz əmlakın alınmasında istifadə olunmuş ödəniş üsulu isə Ethereum kriptovalyutası olub.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər