main-post-cover

    Süni zəka asistenti Google Duplex ilə sinema bileti almaq artıq mümkündür

    Elm & Texnologiya
    22.11.2019
    Nijat Hamid
            Süni zəka artıq əsrimizin standart bir texnologiyasına çevrilir. Süni zəkalardan istifadə edərək səsli asistentlər hazırlayan şirkətlərin ən böyük rəqibi isə Google-dur. Google Aİ dəstəkli səsli asistenti ilə demək olar ki, rəqibsiz şəkildə yoluna davam edir. Google rəsmiləri deyir ki, artıq Duplex vasitəsilə sinema salonlarına bilet almaq mümkündür. Hələlik Amerikaİngiltərədə 70-ə yaxın sinema salonunda bunu etmək mümkündür.

    Google süni zəka asistenti Duplexi daha da təkminləşdirmək istəyir. Asistentə Rezerv işləri üçün tam optimallaşdırma gətirələcək.

            9to5Google'da verilən məlumata görə əvvəlcə asistentə daxil olub getmək istədiyiniz filmin adını deyərək bilət almaq istədiyini bildirirsiniz. Seansın saatını seçdikdən sonra isə qarşınıza müxtəlif sinema salonları çıxır. Seçim etdikdən sonra asistent Google Chrome-dakı kart məlumatlarına əsasən pulu kartdan çəkir və bilet sizin olur. Hal-hazırda 2 ölkəni və 70 sinema salonunu əhatə etsə də növbəti aylarda daha çox ölkə və salon bu siyahıya daxil ediləcəkdir. 
    Linki kopyala