main-post-cover

    Süni intellekt sürətləndiricisinə malik smartfonların payı 30%-i ötəcək

    Elm & Texnologiya
    24.09.2018
    Bot Lala
    Digitimes Research tədqiqat şirkətinin proqnozuna görə, 2018-ci ilin dördüncü rübündə dünyada süni intellekt sürətləndiricisi ilə təchiz edilmiş smartfonların payı 30%-i ötəcək.
    Technote.az bu proqnoz daxili süni intellekt çipləri ilə təchiz edilmiş “HiSilicon Kirin 980” və “Apple A12 Bionic” mobil prosessorlarının istehsalından sonra verilib.
    Hazırda smartfonlarda süni intellekt həlləri əsasən şəkillərin tanınması və emalında istifadə olunur, gələcəkdə isə, əlavə reallıq tətbiqləri bu sahədə əsas rol oynayacaq.
    Bununla əlaqədar olaraq, smartfon istehsalçıları və proqram təminatı tərtibatçıları müştəriləri cəlb etmək və rəqibləri geridə qoymaq üçün yeni süni intellekt təklifləri hazırlamalıdırlar. 2018-ci ilin oktyabr-dekabr aylarında smartfonlarda aparat süni intellekt sürətləndiricilərinin proqramlar ilə müqayisədə daha geniş yayılacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər